Xarici iqtisadi fəaliyyət iştirakçılarının nəzərinə
Gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur.
Qısa idxal bəyannaməsinin əvvəlcədən elektron formada təqdim olunmamasına görə vəzifəli şəxslərin min manat, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulub. Bu, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində edilmiş müvafiq dəyişikliklərdə öz əksini tapıb. Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.
Komitənin Mətbuat xidməti