• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük rəsmiləşdirilməsi üzrə beş nəfər mütəxəssisə ixtisas attestatı verilib

    30 Sentyabr 2019

    Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi üçün keçirilmiş test imtahanının nəticələri məlum olub. Qeyd edək ki, 11 namizədin iştirkı ilə keçililən imtahanda mütəxəssislərin gömrük işi, valyuta münasibətləri, bank işi, vergi və ödənişlər, statistika və xarici iqtisadi fəaliyyət, audit və risk analizləri, gömrük işinə aid mülki, inzibati, cinayət və digər hüquq sahələrinə aid bilikləri yoxlanılıb.
    Qaydalara əsasən, 70 və daha çox bal toplamış 5 nəfər - Nadirov Arzu Telman oğlu,  Məmmədov Arzu Nadir oğlu, İsayev Misirxan Saleh oğlu, Nəsirov Ramazan Əsəd oğlu və Kərimov Rəşad Məhərrəm oğlu imtahandan keçmiş hesab olunub. İmtahandan uğurla keçmiş şəxslərə Dövlət Gömrük Komitəsi tərəfindən ixtisas attestatı verilib. İxtisas attestatı almış mütəxəssislər gömrük təmsilçisi adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququ qazanıblar. 
    Qeyd edək ki, muxtar respublikamızda gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin formalaşdırılması və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi xarici iqtisadi fəaliyyət iştirakçıları üçün əlverişli biznes mühitinin yaradılmasına, şəffaflığın təmin olunmasına, gömrük əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə, gömrüklə biznes subyektləri arasında körpü rolu oynayan təmsilçilik institutunun dəstəklənməsinə xidmət edir.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi