• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük sistemində peşəkar inkişaf proqramı icra olunur

    28 Oktyabr 2019

    Gömrük orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və əməyinin stimullaşdırılması istiqamətində tədbirlər davam etirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən növbəti ixtisasartırma kurslarına cəlb edilmiş 47 nəfər gənc gömrük əməkdaşı üçün yoxlama imtahanları keçirlib. İmtahanlarda Komitənin müvafiq şöbələri tərəfindən əməkdaşların gömrük sisteminin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən, texniki nəzarət vasitələrindən istifadə qaydalarını, hüquqpozma faktlarının ilkin sənədləşməsi, şübhəli şəxslərin müəyyən olunması və narkotiklər barədə bilikləri, gömrük orqanlarında nəqliyyat vasitələrinin yoxlanılması qaydalarını hansı səviyyədə mənimsədikləri yoxlanılıb.
    Yoxlama imtahanlarından uğurla çıxmış əməkdaşlara sertifikatlar verilib. Oktyabrın 28-də muxtar respublika gömrük sistemində növbəti ixtisasartıma təlimlərinə start verilb. Qarşıdakı dövrdə mərhələli şəkildə bütün gömrük əməkdaşlarının bu cür təlimlərə cəlb olunması, əvvəlcədən təsdiq olunmuş proqram üzrə tədrisin aparılması və qiymətləndirilməsi nəzərdə tutulub.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi