• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük əməkdaşlarına yeni nəsil xidməti vəsiqələr verilir

    29 Oktyabr 2019

    Muxtar respublika gömrük sistemində həyata keçirilən innovasiya layihələrinin davamı olaraq əməkdaşlar üçün yeni nəsil xidməti vəsiqələrin verilməsinə başlanılıb. Beynəlxalq standartlara uyğun keyfiyyətli polikarbonat materialından hazırlanan yeni xidməti vəsiqələr yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır.

    Yeni nəsil xidməti vəsiqənin üz və arxa tərəfində yer alan müvafiq məlumatlar və xüsusi qeydlər yüksək keyfiyyətlə əks etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin aparatının və struktura daxil olan qurumların əməkdaşlarının, “Naxçıvanterminalkompleks” Birliyində işləyən şəxslərin və gömrük xidmətindən pensiyaya çıxmış gömrük əməkdaşlarının vəsiqələri bir-birindən fərqlənir.

    Onu da qeyd edək ki, gömük orqanı əməkdaşlarının yeni nəsil xidməti vəsiqələri xüsusi mühafizə nişanları ilə nişanlanıb və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi