Naxçıvan muxtar respublikasının dövlət gömrük komitəsi
    rəsmi internet səhifəsi


    Futzal üzrə “Gömrük kuboku” uğrunda birinciliyə start verilib

    13 Dekabr 2019


    Muxtar respublika gömrük orqanları arasında futzal üzrə “Gömrük kuboku” uğrunda birinciliyə start verilib. Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 28-ci ildönümü münasibətilə keçirilən turnirdə 8 komanda mübarizə aparır. Cənab Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisasının tələbələri də “Könüllülər” komandasının tərkibində yarışda iştirak edir. Ənənəvi turnir Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilir.
    “Gömrük kuboku” uğrunda birinciliyin açılış mərasimində çıxış edən Komitə sədrinin müavini, gömrük xidməti polkovnik-leytenantı Anar Abdullayev yarışın əhəmiyyətindən danışaraq komandalara uğurlar arzulayıb.
    Püşkatmanın nəticələrinə görə “Şahtaxtı Gömrük İdarəsi”, “Culfa Gömrük İdarəsi”, “Naxçıvan Şəhər Gömrük İdarəsi” və “Gömrük Mühafizə Xidməti” “A” qrupunda, “Sədərək Gömrük İdarəsi”, “Naxçıvanterminalkompleks” Birliyi”, “Könüllülər” və “Naxçıvan MR Dövlət Gömrük Komitəsi” komandaları isə “B” qrupunda mübarizə aparır. Qrup birincilərinin qrup ikinciləri ilə qarşılaşacağı ikinci mərhələnin qalibləri dekabrın 27-də final görüşündə üz-üzə gələcəklər.



    Naxçıvan muxtar respublikasının dövlət gömrük komitəsi www.dgk.nmr.az