• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük orqanları tərəfindən saxlanılmış mallar barəsində müvafiq tədbirlər görülür

    19 Dekabr 2019

    Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə gətirilməsinə cəhd göstərilən malların aidiyyatı qurumlara təhvil verilməsi və yararsız olanlarının məhvedilməsi həyata keçirilib.
    Dekabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Gömrük Komitəsinin nümayəndələrindən ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirib. Gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış ümumi çəkisi 3129 kq yuyucu və təmizləyici vasitələr, 427 ədəd közərmə lampası, 57 litr zeytun yağı, 42 ədəd qaz pilətəsi və qaz sobası, 36 ədəd geyim əşyası, 6 ədəd xalça, 14 ədəd avtomobil şini, 22 kq ehtiyat hissə, 5 ədəd alışqan qazı aktlaşdırılaraq Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib.
    “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar 2077 kq yuyucu və təmizləyici vasitələrdən, 881 ədəd şüşə qabdan, 650 kq gibsdən, 108 kq dəmir profil və plastik borudan, 60 kq boyadan, 38 litr zeytun yağından, 20 kq undan, 10 adda, ümumilikdə 18 ədəd müxtəlif ev əşyasından, 5 ədəd alışqan qazı və 2 ədəd motosiklet şinindən ibarət olub. 1 ədəd pnevmatik tapança və 98 ədəd tapança patronu, 1 ədəd TİR silahı və 794 ədəd TİR gülləsi patronu, 117 ədəd ov gülləsi patronu, 3 ədəd silah hissəsi, 26 ədəd elektroşok, 14 ədəd gözyaşardıcı qaz, 40 ədəd ov bıçağı və xəncəl, 7 ədəd dəyənək, 3 ədəd dəmir qandal Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə, 13918 ədəd müxtəlif dərman preparatları, 900 ədəd tibbi ləvazimat, 250 kq vitaminli yem, 36 kq baytarlıq dərmanı, 25 kq arpa, 16 kq it yemi, 85 kq PVC xammalı, 10 ədəd balıqçılıq ləvazimatı, 9 ədəd velosiped şini, 2 ədəd dron, 1 ədəd qaz sayğacı aidiyyatı üzrə müvafiq qurumlara təhvil verilib.
    Gömrük orqanları tərəfindən istehlakçıların hüquqlarının, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə saxlanılan və yararsız olan mallar isə yandırma üsulu ilə məhv edilib.
    651 kq xəmir və şirniyyat qatqısı, 8 adda ümumi çəkisi 136 kq ərzaq məhsulu, 106 kq ədviyyat, 24 kq texniki duz, 14 kq arıqlama kokteyli, 8 kq protein keyfiyyəti standartlara cavab vermədiyindən, 154 qutu ətir və bəzək ləvazimatları, 321 kq istifadə olunmuş geyim və 8 ədəd ev əşyası yararsız olduğundan, 14 ədəd boya, müxtəlif spirtli içki markalarına aid 192 ədəd etiget və 36 ədəd şüşə qab saxta olduğundan, 4945 ədəd pirotexniki vasitə idxalına xüsusi icazə olmadığından, 113 ədəd qaz pilətəsi standartlara uyğun olmadığı üçün, 27 ədəd beşbarmaq dövriyyəsi qadağan olduğundan gömrük orqanları tərəfindən saxlanılıb və məhvinə qərar verilib.
    Milli mentalitetimizə zidd olan və dini dəyərlərimizlə uzlaşmayan vasitələr, o cümlədən gömrük qanunvericiliyinin tələbləri pozulmaqla gətirilən 6 adda 139 ədəd digər mallar da məhv edilib.
    Muxtar respublika gömrük orqanları tərəfindən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi