• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində tədbirlər davam etdirilir

    04 Fevral 2020


    Gömrük əməkdaşlarının peşəkarlığının artırılması və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etirilir. Bu məqsədlə fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən növbəti ixtisasartırma kurslarına start verilib. Təlimlərə 15 gömrük əməkdaşı cəlb olunub.
    Kursun tədris proqramı əsasən gömrük sisteminin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən istifadə, gömrük nəzarəti zamanı istifadə edilən texniki nəzarət vasitələri və onlardan istifadə bacarıqlarının artırılması, gömrük-sərhəd buraxılış məntəqələrində işin təşkili, malların və nəqliyyat vasitələrinin ilkin qeydiyyatı, rəsmiləşdirilməsi və buraxılışı, hüquqpozma faktlarının ilkin sənədləşməsi, şübhəli şəxslərin müəyyən olunması və narkotiklər barədə biliklərin artırılması, gömrük orqanlarında nəqliyyat vasitələrinin yoxlanılması qaydalarının praktik olaraq göstərilməsi, vətəndaşlarla ünsiyyət və etik davranış qaydalarının izahı məsələlərini əhatə edir.
    Qeyd edək ki, muxtar respublika gömrük əməkdaşlarının peşəkarlığının artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən növbəti təlimlər fevral ayının 29-u yekunlaşacaq və sonda qiymətləndirilmə aparılacaq. Yoxlama imtahanlarından uğurla çıxmış əməkdaşlara sertifikatlar veriləcək.

     

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi