• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Üç əməkdaşımız sərhəd mühafizəsi mövzusunda Türkiyədə keçirilən təlimdə iştirak edir

    04 Fevral 2020

    Türkiyə Respublikasının Ədirnə şəhərində "Gömrük xəttində xidmət edən zabitlər üçün sərhədlərin mühafizəsi" mövzusunda təlim  keçirilir. Türkiyə və Azərbaycan Gömrük xidmətlərinin əməkdaşları üçün ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə reallaşan təlimlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin üç əməkdaşı iştirak edir.  
    Fevralın 3-də start götürən və 4 gün davam edəcək tədbirin keçirilməsində məqsəd gömrük təhlükəsizliyi metodları və bu istiqamətdə beynəlxalq təcrübəni öyrənmək,  qaçaqmalçılığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə mövzuları ətrafında müzakirələr aparmaq, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi