• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrükçülər arasında stolüstü tennis turniri keçirilib

    11 Fevral 2020

    Gömrükçülər arasında idmanın stolüstü tennis növü üzrə turnir keçirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 28-ci ildönümünə həsr olunan yarışda komitənin sisteminə daxil olan gömrük orqanlarından 15 tennisçi qüvvəsini sınayıb.
    Gömrükçülərin fiziki sağlamlığını qorumaq, onlar arasında idmanın bu növünü təbliğ etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və ən güclü tennisçiləri müəyyənləşdirmək məqsədilə təşkil olunan turnir olimpiya sistemi üzrə keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq baş tutan qarşılaşmalardan sonra hər iki yarımqrupdan 4 idmançı növbəti mərhələyə vəsiqəni təmin edib. İki gün davam edən turnir gərgin oyunlarla yadda qalıb.
    Həlledici qarşılaşmada Bilal Nağıyevlə (Gömrük Mühafizə Xidməti) qarşılaşan Roman Məmmədov (Sədərək Gömrük İdarəsi) setləri öz xeyrinə başa vurmaqla çempionluğunu rəsmiləşdirib. Üçüncülük uğrunda mübarizənin qalibi isə Tahir Hüseynli (Komitə) olub.
    Qaliblər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi