• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

    27 Fevral 2020

    Türkiyə Respublikası tərəfindən Dilucu gömrük sərhəd-buraxılış məntəqəsində avtonəqliyyat vasitələrinin və vətəndaşların keçidi ilə bağlı tətbiq olunan məhdudiyyətlər qismən aradan qaldırılıb. Fevral ayının 26-dan Naxçıvan Muxtar Respublikasına yük gətirən nəqliyyat vasitələrinin giriş-çıxışı təmin olunur. Lakin xarici dövlətlərə məxsus nəqliyyat vasitələrinin muxtar respublika üzərindən tranzit keçməklə Türkiyə Respublikasına getməsinə icazə verilmir.
    Azərbaycan Respublikasına məxsus minik nəqliyyat vasitələrinin Sədərək-Dilucu gömrük sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasına gedib-gəlməsində məhdudiyyət yoxdur. 15 gün ərzində İran İslam Respublikasına səfər edən Azərbaycan vətəndaşları Türkiyə Respublikasına buraxılmır.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının bütün sərhəd-keçid məntəqələrində, o cümlədən Sədərək gömrük sərhəd-buraxılış məntəqəsində qabaqlayıcı-profilaktik tədbirlər və dezinfeksiya işləri müntəzəm olaraq həyata keçirilir.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi