• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük orqanları xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verir

    03 Sentyabr 2020

    Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, dövlət orqanları da xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verirlər. Sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 58 adda müxtəlif malların müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib.
    Bu məqsədlə 935 kq yuyucu toz, 173 kq təmizləyici vasitə, 207 ədəd təmizləyici siprey və tablet, 76 ədəd şampun, 45 ədəd duş jeli, 232 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 144 kq noxud ləpəsi, 55 kq qida məhsulu, 50 kq kərə yağı, 20 kq düyü, 20 kq şəkər tozu, 17 kq duz, 16 kq qənd, 391 ədəd közərmə lampası, 60 kq boya, 42 ədəd avtomobil şini, 15 kq parça, 13 ədəd qaz cihazı, 6 adda 14 ədəd digər mallar “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib.
    “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar 470 kq yuyucu toz, 85 kq təmizləyici vasitə, 98 ədəd təmizləyici siprey və tablet, 38 ədəd şampun, 22 ədəd duş jeli, 116 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 72 kq noxud ləpəsi, 25 kq kərə yağı, 25 kq qida məhsulu, 12 kq düyü, 10 kq şəkər tozu, 8 kq qənd, 8 kq duz, 28 kq boya, 6 ədəd qaz cihazı,1 ədəd duxovka, 200 kq buğda və digər mallardan ibarət olub.
    146 kq yuyucu toz, 28 kq təmizləyici vasitə, 39 ədəd təmizləyici siprey və tablet, 13 ədəd şampun, 8 ədəd duş jeli, 39 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 30 kq kartof, 24 kq noxud ləpəsi, 11 kq kərə yağı, 13 kq qida məhsulu, 13 kq boya, 3 ədəd qaz cihazı və digər mallar Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına, 30 ədəd ov gülləsi patronu, 7 ədəd elektroşok, 7 ədəd gözyaşardıcı qaz, 4 ədəd beşbarmaq, 2 ədəd ov bıçağı, 1 ədəd qaz tapançası mərmisi, 1 ədəd radar dedektoru, 1 ədəd dəyənək, 1 ədəd balta Daxili İşlər Nazirliyinə, 1 ədəd dron Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə təhvil verilib.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi