• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Müvəqqəti gətirilən mal və nəqliyyat vasitələri üçün saxlanc yerləri müəyyənləşib

    06 Oktyabr 2020

    Muxtar respublika ərazisinə mal və nəqliyyat vasitələrini müvəqqəti gətirən və pasport məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”nda ( XDS) olan fiziki şəxslər mal və nəqliyyat vasitələrini müvəqqəti idxal müddəti ərzində geri aparmadan muxtar respublika ərazisini tərk etmək istədikdə, fiziki şəxslərə məxsus mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında yerləşdirilməsi üçün dayanacaq yerləri müəyyənləşib. Bu məqsədlə “Naxçıvanterminalkompleks” tərəfindən Sədərək, Şahtaxtı, Culfa və Naxçıvan Şəhər Gömrük idarələrinin ərazilərində nəqliyyat vasitələrinin saxlancı üçün açıq tipli dayanacaqlar, Sədərək, Şahtaxtı, Culfa, Naxçıvan Şəhər və Naxçıvan Hava Nəqliyyatında Gömrük idarələrinin ərazilərində mallar üçün qapalı tipi saxlanc yerləri hazırlanıb.
    Qeyd edək ki, mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında yerləşdirilməsi “Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair Akt” əsasında həyata keçirilir. Hər bir fiziki şəxs ölkə ərazisinə müvəqqəti qaydada gətirdiyi mal və nəqliyyat vasitəsini öz seçimi əsasında müvəqqəti dayanacaq yerlərinin birində gömrük nəzarəti altında yerləşdirə bilər.
    Məlumat üçün bildirək ki, adıçəkilən Akt əsasında mal və nəqliyyat vasitəsi saxlanca təhvil verilməklə gömrük nəzarəti altında yerləşdirildikdən sonra mal və nəqliyyat vasitəsini qəbul edən gömrük orqanı tərəfindən Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) bu barədə qeydiyyat aparılır və nəqliyyat vasitəsini ölkə ərazisinə gətirən səxsin pasport məlumatları XDS-dən çıxarılır. Gömrük nəzarəti altında yerləşdirilən mal və nəqliyyat vasitəsi müvəqqəti gətirilmə müddəti bitmədən geri götürüldükdə, nəqliyyat vasitəsi saxlanc yerindən akt əsasında şəxsə təhvil verilir və bu barədə VAİS-də qeydiyyat aparılmaqla, həmin şəxsin pasport məlumatları yenidən "DS-ə daxil edilir. Mal və nəqliyyat vasitəsini gömrük nəzarəti altında yerləşdirən şəxs onu müvəqqəti gətirilmə müddəti ərzində geri götürmədikdə, mal və nəqliyyat vasitəsini gömrük nəzarəti altına qəbul edən gömrük orqanı tərəfindən müvəqqəti gətirilmə müddətinin pozulması faktı ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən VAİS-in "Hüquqpozmalar" bölməsində hüquqpozma faktı qeydə alınır və nəqliyyat vasitəsini ölkə ərazisinə gətirən şəxsin pasport məlumatları XDS-ə daxil edilir. Hüquqpozma törətmiş şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edildikdən sonra mal və nəqliyyat vasitəsinin ölkə ərazisindən çıxarılması üçün təyinat sərhəd gömrük orqanı müəyyən edilərək məsafəyə uyğun çatdırılma vaxtı təyin edilir. Çatdırılma müddətinin pozulmasının inzibati məsuliyyətə səbəb olması barədə şəxsə xəbərdarlıq edilməklə bildiriş təqdim olunur və təyinat sərhəd gömrük orqanına məlumat verildikdən sonra mal və nəqliyyat vasitəsi qaytarılaraq yola salınır.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi