• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Fövqəladə hallar zamanı təhlükəsizlik məsələlərinə həsr olunmuş tədbir keçirilib

    15 Oktyabr 2020

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.
    Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ilə təsdiq olunmuş birgə fəaliyyət planına uyğun olaraq keçirilən tədbirin əhəmiyyətini qeyd edərək, əsəs məqsədin gömrük orqanlarında mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaqdan, dəm qazı və yanğın təhlükəsizliyi ilə bağlı zəruri məlumatların əməkdaşlara çatdırılmasından ibarət olduğunu vurğulayıb.
    Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Azadə Cəfərova dəm qazı ilə zəhərlənmə zamanı davranış və fəaliyyət qaydaları barədə ətraflı məlumat verib.
    Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzulara aid video-çarxlar nümayiş etdirilib.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi