• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük orqanları xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verir

    20 Oktyabr 2020

    Müzəffər Azərbaycan Ordusunun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, dövlət orqanları da xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verirlər. Zəngilan şəhərinin işğaldan azad olunduğu gün - oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 25 ton yuyucu vasitə və 183 ədəd avtomobil şini “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib.
    Bu münasibətlə “N” saylı hərbi hissədə keçirilən tədbirdə işğal altındakı torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda Vətən Müharibəsi aparan şanlı Azərbaycan Ordusunun qazandığı tarixi qələbələrdən və bu qələbələrin əldə olunmasında xalq-ordu birliyinin rolundan danışılıb. Vurğulanıb ki, üçrəngli bayrağımızın erməni işğalı altında olan bütün torpaqlarımızda dalğalanacağı gün uzaqda deyil.
    Əsgər Babaxan Aslanzadə ordumuzun maddi-texniki təchizatının ən yüksək səviyyədə olduğunu, bu cür tədbirlərin şəxsi heyətdə ruh yüksəkliyini artırdığını qeyd edib.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi