• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Naxçıvan Şəhər Gömrük İdarəsinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində olublar

    19 Oktyabr 2020

    Muzeylə tanışlıq zamanı qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən diqqət və qayğı nəticəsində muzeyin fondu xeyli zənginləşib.
    Məlumat verilib ki, mühafizə olunan eksponatlar sırasında Naxçıvan Muxtar Respublika ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri, müxtəlif çeşidli əmək alətləri, paleolit və neolit dövrünə aid əşyalar, dən daşları, daş çəkiclər, sümük bizlər, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və naqqaşlıq, o cümlədən milli geyimlər, bədii tikmə nümunələri və digər eksponatlar var. On şöbəni əhatə edən muzeydə Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır. Burada elmi-tədqiqat işləri aparılır, sərgilər təşkil edilir, görüşlər, konfranslar, dəyirmi masalar, maarifləndirici tədbirlər keçirilir.
    Əməkdaşlar muzeyin ekspozisiya zalları ilə tanış olub, qədim tarixə malik olan maddi-mədəniyyət nümünələri ilə maraqlanıblar.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi