• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    “Dünya iqtisadiyyatı” ixtisasının IV kurs tələbələrinin istehsalat təcrübəsi başlayıb

    18 Noyabr 2020

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 2020-2021-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ilə Naxçıvan Dövlət Universitetinin həyata keçirəcəyi birgə “Tədbirlər Planı”na əsasən universitetin “Dünya iqtisadiyyatı” ixtisasının IV kurs tələbələrinin istehsalat təcrübəsi başlayıb.
    45 gün davam edəcək istehsalat təcrübəsi ərzində Komitənin müvafiq şöbə və bölmələrinin əməkdaşları tərəfindən tələbələrə gömrük işinin əsas anlayışları, gömrük orqanlarının vəzifə və fünksiyaları, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, gömrük nəzarəti və rəsmiləşdirilməsi, gömrük orqanlarının fiskal siyasəti, ticarətin və gömrük keçidinin asanlaşdırılması və sürtləndirilməsi istiqamətində görülən işlər və məşğələ proqrama uyğun digər istiqamətlər üzrə ətraflı məlumat veriləcək.
    Tələbələr Komitənin Hədəflərin müəyyənləşdirilməsi mərkəzində, gömrük sərhəd buraxılış məntəqələrində praktiki məşğələlər keçəcək, gömrük orqanlarında tətbiq olunan rentgen-nəzarət qurğuları və digər texniki nəzarət vasitələri ilə tanış olacaq, startapçı tələbələr və “Könüllü gömrükçü”lər üçün Komitədə yaradılmış İnnovasiya Laboratoriyasından gündəlik olaraq istifadə edə biləcəklər.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi