• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    “Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması” mövzusunda təlimlər keçirilir

    09 Fevral 2021

    Muxtar respublika gömrük orqanlarının əməkdaşları üçün “Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması” mövzusunda təlimlərə start verilib. Naxçıvan gömrük sistemində təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində təşkil olunan təlimlərə Komitə sədrinin müvafiq əmrinə əsasən nəqliyyat vasitələri üzərində aparılan gömrük baxışının səmərəliliyini artırmaq məqsədilə Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Şəhər Gömrük idarələrində yaradılmış Müayinə qruplarında yer alan əməkdaşlar cəlb edilib.
    02-08 fevral 2021-ci il tarixlərdə keçirilmiş ilk təlimdə 9 əməkdaş iştirak edib. Seminar-məşğələləri mövzular üzrə Komitənin əməkdaşları – Mahir Orucov, Əkrəm Məmmədov, Emin Eylazov və Rahil Tahirli aparıblar. Təlim-tədris proqramına nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının daha effektiv şəkildə həyata keçirilməsi, sürücü və sərnişinlərin sorğu-sual edilməsi, nəqliyyat vasitələrinin gizli saxlanc yerləri, riskin qiymətləndirilməsi, qaçaqmalçılıq əlamətlərinin aşkarlanması, yol-nəqliyyat və mal-müşayiət sənədləri əsasında düzgün eyniləşdirmənin aparılması, nəqliyyat vasitələrinin yoxlanılmasında istifadə olunan texniki nəzarət vasitələri və onlardan səmərəli istifadə üzrə dərslər daxil edilib. Əməkdaşlar nəqliyyat vasitələri – TIR, soyuduculu yük maşını, minik avtomobili və avtobusda gizlədirilmiş şərti qaçaqmalçılıq predmentlərini texniki nəzarət vasitələrindən də istifadə etməklə aşkarlamaq üçün praktik məşələlərə cəlb olunublar.
    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli təlimin son günündə nəqliyyat vasitələri üzərində aparılan gömrük yoxlamasını izləyib və yekun qiymətləndirmə aparılıb.
    Təlim iştirakçılarına sertifikatların təqdim olunması mərasimində çıxış edən Komitə sədri muxtar respublika gömrük sistemində ardıcıl olaraq həyata keçirilən təkmilləşmə və ixtisaslaşma proqramının gömrük işinin keyfiyyətinin artırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılığa qarşı qətiyyətli mübarizə aparılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının tranzit potensialından səmərəli istifadə, ticarətin asan, sürətli və təklükəsiz şəkildə həyata keçirilməsi üçün gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının keyfiyyətinin artırılması, riskin düzgün qiymətləndirilməsi qarşıda duran əsas hədəflərdəndir.
    Sonra avtonəqliyyat vasitələri üzərində gömrük baxışının səmərəliliyinin artırılması ilə bağlı təkliflər müzakirə olunub, müayinəçi əməkdaşların fikirləri dinlənilib.
    Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Əməkdaşların 7-si təlimi yüksək, 2-si məqbul nəticələrlə başa vurub.
    Fevralın 9-da daha 10 əməkdaşın iştirakı ilə növbəti təlimə start verilib.

     

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi