Saxlanılan mallar müvafiq qurumlara təhvil verilib
Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, dövlət orqanları da xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verirlər. Fevral ayının 11-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 43 adda müxtəlif malların müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib.
Bu məqsədlə 1182 kq yuyucu toz, 80 ədəd təmizləyici vasitə, 60 ədəd əl kremi, 247 ədəd közərmə lampası, 120 kq parça, 14 ədəd hərbi geyim, 40 ədəd qaz pilətəsi, 6 ədəd qazla işləyən suqızdırıcı, 2 ədəd qaz sobası, 170 litr motor yağı, 118 ədəd avtomobil şini, 21 ədəd silah mərmisi, 1 ədəd qumbara hissəsi, 48 ədəd ethanol spirti, 28 ədəd boyama şotqası, 3 ədəd dron, 7 ədəd alışqan qazı “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar 84 ədəd boya, 50 ədəd baduqa, 15 kq plastik boru aksesuarı, 2 ədəd plastik qapı-pəncərə, 400 ədəd qapı petləsi olub.
Saxlanılan mallardan 1 ədəd pnevmatik tapança, 15 ədəd tapança mərmisi, 4 ədəd elektroşok, 3 ədəd gözyaşardıcı qaz, 4 ədəd dəmir qandal, 337 ədəd TİR silahı mərmisi, 234 ədəd ov silahı patronu, 6 ədəd ov bıçağı Daxili İşlər Nazirliyinə, 3 ədəd eleyhqaz Fövqəladə Hallar Nazirliyinə, 13 ədəd balıqçılıq toru Naxçıvan Balıqçılıq Təsərrüfatı ASC-yə, 95 ədəd uşaq oyuncağı Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə təhvil verilib.
Komitənin Mətbuat xidməti