• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Avtomüayinə ilə bağlı təlimlər davam etdirilir

    16 Fevral 2021

    Muxtar respublika gömrük orqanlarının əməkdaşları üçün “Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması” mövzusunda ikinci təlim kursuna yekun vurulub. Naxçıvan gömrük sistemində təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində təşkil olunan təlimlərdə Komitə sədrinin müvafiq əmrinə əsasən nəqliyyat vasitələri üzərində aparılan gömrük baxışının səmərəliliyini artırmaq məqsədilə Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Şəhər Gömrük idarələrində yaradılmış Müayinə qruplarında yer alan daha 10 əməkdaş iştirak edib.
    09-15 fevral 2021-ci il tarixlərdə keçirilmiş seminar-məşğələləri mövzular üzrə Komitənin əməkdaşları – Mahir Orucov, Əkrəm Məmmədov, Emin Eylazov və Rahil Tahirli aparıblar. Təlim-tədris proqramı nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının daha effektiv şəkildə həyata keçirilməsi, sürücü və sərnişinlərin sorğu-sual edilməsi, nəqliyyat vasitələrinin gizli saxlanc yerləri, riskin qiymətləndirilməsi, qaçaqmalçılıq əlamətlərinin aşkarlanması, yol-nəqliyyat və mal-müşayiət sənədləri əsasında düzgün eyniləşdirmənin aparılması, nəqliyyat vasitələrinin yoxlanılmasında istifadə olunan texniki nəzarət vasitələri və onlardan səmərəli istifadə üzrə dərslərdən ibarət olub. Əməkdaşlar nəqliyyat vasitələri – TIR, soyuduculu yük maşını, minik avtomobili və avtobusda gizlədirilmiş şərti qaçaqmalçılıq predmentlərini texniki nəzarət vasitələrindən də istifadə etməklə aşkarlamaq üçün praktik məşğələlərə cəlb olunublar. Praktik məşələlərin nəticələrinə görə yekun qiymətləndirmə aparılıb.
    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli təlim iştirakçıları ilə görüşüb, tövsiyyə və tapışırıqlarını verib. Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Əməkdaşların 3-ü təlimi yüksək, 6-sı məqbul nəticələrlə başa vurub.
    Fevralın 16-da daha 10 əməkdaşın iştirakı ilə növbəti təlimə start verilib.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi