“Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması” mövzusunda təlimlər davam etdirilir
Muxtar respublika gömrük orqanlarının əməkdaşları üçün “Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması” mövzusunda dördüncü təlim kursuna yekun vurulub.
Bir həftə davam edən təlimlərdə əməkdaşlar nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının daha effektiv şəkildə həyata keçirilməsi, sürücü və sərnişinlərin sorğu-sual edilməsi, nəqliyyat vasitələrinin gizli saxlanc yerləri, riskin qiymətləndirilməsi, qaçaqmalçılıq əlamətlərinin aşkarlanması, yol-nəqliyyat və mal-müşayiət sənədləri əsasında düzgün eyniləşdirmənin aparılması, nəqliyyat vasitələrinin yoxlanılmasında istifadə olunan texniki nəzarət vasitələri və onlardan səmərəli istifadə üzrə bilik və bacarıqlarını artırıblar. Yekun qiymətləndirmə nəqliyyat vasitələri – TIR, minik avtomobili və avtobusda gizlədilmiş şərti qaçaqmalçılıq predmentlərinin texniki nəzarət vasitələrindən də istifadə etməklə aşkarlanması üzrə keçirilən praktik məşğələlərin nəticələrinə görə aparılıb.
Martın 12-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli təlim iştirakçıları ilə görüşüb, tövsiyyə və tapışırıqlarını verib.
Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Əməkdaşların 1-i təlimi yüksək, 8-i məqbul nəticələrlə başa vurub.
Komitənin Mətbuat xidməti