• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Saxlanılan mallar müvafiq qurumlara təhvil verilib

    19 May 2021

    Müzəffər ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, dövlət orqanları da xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verirlər. May ayının 19-da Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 16 adda müxtəlif malların müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib.
    Bu məqsədlə 2979 kq təmizləyici vasitə, 1110 kq yuyucu toz, 142 ədəd xalça yumaq üçün vasitə, 21 ədəd camaşır suyu, 250 ədəd közərmə lampası, 468 kq parça, 16 kq süfrə duzu, 12 ədəd plastik qab “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna, 1490 kq təmizləyici vasitə, 555 kq yuyucu toz, 71 ədəd xalça yumaq üçün vasitə, 10 ədəd camaşır suyu, 2700 ədəd briket “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilib.
    Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təhvil verilən mallar 496 kq təmizləyici vasitə, 185 kq yuyucu toz, 24 ədəd xalça yumaq üçün vasitə, 5 ədəd camaşır suyu olub.
    Saxlanılan mallardan 50 ədəd səs tapançası mərmisi, 2 ədəd elektroşok, 2 ədəd gözyaşardıcı qaz, 1 ədəd dəyənək, 1 ədəd alkotester Daxili İşlər Nazirliyinə, 1100 kq buğda, 285 kq maye gübrə isə “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilib.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi