• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi və gömrük orqanları strukturlarının əməkdaşları COVID-19 virusuna qarşı peyvənd edilib

    29 İyul 2021

    “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq növbəti mərhələdə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və gömrük orqanlarının strukturlarının əməkdaşlarına peyvənd vurulub.
    Vaksinasiya tədbirlərinin aparılması üçün komitədə xüsusi peyvənd otaqları yaradılaraq zəruri avadanlıqlarla təchiz edilib.
    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Naxçıvan Şəhər Gömrük İdarəsi, Naxçıvan Gömrük  Ekspertizası İdarəsi, Gömrük Mühafizə Xidməti, Naxçıvan Hava Nəqliyyatında  Gömrük İdarəsinin vaksinasiyaya cəlb edilən əməkdaşlarına təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini vurulub və heç bir narahatlıq müşahidə olunmayıb.
    “Pandemiya ilə mübarizənin tək və alternativsiz yolu vaksinləşmədir. Bu ümumbəşəri bəladan xilas olmaq üçün hər kəs öz üzərində olan məsuliyyəti dərk etməli, dövlətin vaksinlə bağlı çağırışlarına qoşulmalı, özünü və əzizlərini qorumalıdır” -bu fikirləri Naxçıvan Muxtar Respublikası Dövlət Dömrük Komitəsinin tibb xidməti mayoru Söhrab Həsənli söyləyib. O bildirib ki, vaksinasiya prosesində hər bir vətəndaş aktiv olmalı, qətiyyən gecikməməli, zaman itirmədən peyvənd olunmalıdır. Çünki bu virusun hüdudu, əyləci, zamanlaması yoxdur, insanı istənilən yerdə haqlaya və hətta öldürə bilər. Vaksin həyat xilas edir, kritik halları sığortalayır. Hər kəs bu məsələdə təbliğatçıya çevirilməli, vaksinin əhəmiyyəti və faydası barədə maarifləndirmə işini həyata keçirən aparıcı simalarından biri olmalıdır. Biz birlikdə olsaq koronaya qalib gələcəyik. Yetər ki, vaksin mövzüsunda da bərabər olaq və dövlətin təşəbbüslərinə dəstək verək”- deyə fikirlərinə davam edib.
    Vaksinasiya prosesində 200-dən artıq gömrük orqan əməkdaşlarına peyvənd vurulub. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin gömrük orqanı strukturlarının vaksinasiyası həftə boyu davam edəcək.
    Qeyd edək ki, 2-ci doza vaksinasiya ilk peyvənddən 28 gün sonra həyata keçiriləcək.

     

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi