• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük əməkdaşlarına ikinci doza peyvənd vurulur

    25 Avqust 2021

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və tabeli gömrük orqanlarının əməkdaşlarına II doza peyvənd vurulmasına başlanılıb. Gömrük əməkdaşlarının peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb, peyvənd otaqları zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.
    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Naxçıvan Şəhər Gömrük İdarəsi, Naxçıvan Hava Nəqliyyatında  Gömrük İdarəsi, Naxçıvan Gömrük  Ekspertizası İdarəsi, Gömrük Mühafizə Xidmətinin vaksinasiyaya cəlb edilən əməkdaşlarına təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini vurulub və heç bir narahatlıq müşahidə olunmayıb.
    Vaksinasiya prosesinə 168 nəfər cəlb olunub. 160 nəfər hər iki dozanı vurduraraq pasport alıb. 8 nəfər isə birinci dozanı vurdurub.
    Muxtar respublika gömrük orqanlarında II doza üzrə vaksinasiya həftə boyu davam etdiriləcək.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi