• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Saxlanılan mallar müvafiq qurumlara təhvil verilib

    30 Oktyabr 2021

    Müzəffər ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, dövlət orqanları da xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verirlər. Oktyabr ayının 30-da Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 34 adda müxtəlif malların müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib.
    Bu məqsədlə 330 kq şampun, 355 ədəd közərmə lampası, 1600 ədəd milçək dərmanı, 2 ədəd pnevmatik qaz tapançası, 8 ədəd pnevmatik qaz tapançası balonu, 1800 ədəd pnevmatik qaz tapançası qırması, 1 ədəd əl qumbarası hissəsi, 49 ədəd müxtəlif çaplı silah mərmiləri “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna, 840 ədəd gips lövhələr, 165 kq şampun, 1000 ədəd milçək dərmanı, 2 ədəd qazla işləyən suqızdırıcı “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilib.
    Heydər Əliyev adına Hərbi Liseyə təhvil verilən mallar 450 kq şokaladlı biskivit, 63 ədəd mineral su, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təhvil verilən mallar 55 kq şampun, 500 ədəd milçək dərmanı olub.
    Saxlanılan mallardan 361 ədəd müxtəlif kalibirli ov silahı mərmisi, 1 ədəd tapança, 2 ədəd tapança darağı, 165 ədəd tapança mərmisi, 7 ədəd elektroşok, 3 ədəd dəmir qandal, 2 ədəd dəyənək Daxili İşlər Nazirliyinə, 4 ədəd əleyhqaz Fövqəladə Hallar Nazirliyinə, 192 ədəd əzələ üçün istiotlu yapışqan Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına, 2 ədəd Tir silahı, 3900 ədəd Tir silahı mərmisi Atıcılıq Federasiyasına, 30 ədəd közərmə lampası Naxçıvan Dövlət Musiqili Dram Teatrına, 38 ədəd balıq toru Naxçıvan “Balıqçılıq təsərrüfatı”na təhvil verilib.
    Xalq-ordu birliyinin təzahürü olaraq “Ləzzət Qida Sənayə” MMC tərəfindən isə 2500 ədəd təraş köpüyü “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna hədiyyə edilib.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi