• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Narkotik qaçaqmalçılığı üzrə daha bir cəhdin qarşısı alınıb

    14 Mart 2022

    98 kq-a yaxın heroin aşkarlanıb

    Naxçıvan gömrükçüləri tərəfindən daha bir fakt üzrə narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
    Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Bolqarıstan Respublikasına PVC xammalı yükü aparan, İran İslam Respublikası vətəndaşının idarə etdiyi 63AA195/63AA196 dövlət nömrə nişanlı “Scania” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yanacaq çənində şübhəli təsvirlər müəyyən edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü tərəfində olan yanacaq çənində süni olaraq hazırlanmış, aşkarlanması xüsusilə çətinləşdirilmiş üçhissəli gizli saxlanc yerindən, ümumilikdə 113 bağlamada xalis çəkisi 97 kiloqram 800 qram olan narkotik vasitə - heroin aşkar edilib.
    Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi açılıb.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi