• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi Naxçıvan Biznes Mərkəzində olub

    30 Aprel 2022

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi Naxçıvan Biznes Mərkəzində olub. Məlumat verilib ki, 2013-cü ildən istifadəyə verilən mərkəzin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasına dəstək göstərilməsidir. Eyni zamanda burada muxtar respublikada emal müəssisələri və ailə təsərrüfatları tərəfindən istehsal olunan məhsullar, muxtar respublika sənətkarları tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, əllə toxunan xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir.
    Mərkəzdə 96 müəssisə tərəfindən 192 növdə məhsul sərgilənir. Vurğulanıb ki, muxtar respublikada sahibkarlığın inkişafına göstərilən qayğının nəticəsində ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi xeyli artıb, qəbul edilən Dövlət Proqramlarının icrası da sahibkarlığın inkişafına öz töhfəsini verib. Sahibkarlar tərəfindən yeni istehsal sahələri, iş yerləri yaradılıb, məşğulluq təmin olunub. Biznes Mərkəzinin sərgi salonunda nümayiş olunan məhsullar muxtar respublikada sahibkarlığın inkişaf səviyyəsinin əyani göstəricisidir.  Bu gün muxtar respublikada istehsal olunan bir çox məhsullar yerli tələbatı ödəməklə yanaşı geniş ixrac potensialına da malikdir. Hazırda Naxçıvan məhsulları dünyanın müxtəlif ölkələrinə, o cümlədən Gürcüstan, Belarus, İran, Türkiyə və MDB ölkələrinə ixrac edilir.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi