• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük əməkdaşlarının xarici dil bilikləri inkişaf etdirilir

    01 İyun 2022

    Muxtar respublika gömrük sistemində həyata keçirilən təkmilləşmə proqramı çərçivəsində əməkdaşların xarici dil bilmə səviyyəsi yoxlanılıb. Bu məqsədilə 13 və 20 may tarixlərində Naxçıvan Dövlət Universitetində imtahan keçirilib. Danışıq, yazı, oxu və dinləmə mərhələlərindən ibarət imtahanda 21 gömrük əməkdaşı iştirak edib. Xarici dil imtahanında iştirak edən əməkdaşların dil biliklərinin qiymətləndirilməsi məqsədilə iyun ayının 1-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində  imtahan iştirakçıları ilə görüş keçirilib. İmtahanlarda göstərilən uğurlu və yüksək nəticələrə görə əməkdaşları təbrik edən Komitə  sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli gömrük xidmətinin keyfiyyətinin yüksəldilməsində əməkdaşların peşəkarlıq səviyyəsinin xüsusi əhəmiyyətə malik olduğunu, bu məqsədlə gömrük işinə dair əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində praktik təlimlərin keçirildiyini vurğulayıb. Gömrük əməkdaşlarının xarici dillərə yiyələnmələri onların fəaliyyətlərini daha səmərəli qurmalarında, gömrük işi sahəsində beynəlxalq təcrübələri fəal şəkildə mənimsəmələrində əhəmiyyətli rol oynayacağı bildirilib. Komitə sədri qeyd edib ki, muxtar respublikada xarici ticarət əlaqələrinin genişlənməsi, tranzit imkanlarının artması gömrük orqanlarında xarici dildə ünsiyyət bacarıqlarının yüksəlməsini də günün tələbi kimi zərurətə çevrib. Bu məqsədlə keçirilən imtahan və təlimlərin xüsusi əhəmiyyətini vurğulayan Səhət Həbibbəyli gələcəkdə də gömrük əməkdaşlarının xarici dil bilik və ünsiyyət səviyyələrinin inkişaf etdirilməsi və daha da təkmilləşdirilməsi üçün tövsiyyə və tapışırıqlarını verib.

    Sonra xarici dil imtahanında iştirak edən gömrük əməkdaşlarına xarici dil bilik səviyyələrini göstərən sertifikatlar təqdim olunub.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi