• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Saxlanılan mallar müvafiq qurumlara təhvil verilib

    16 İyul 2022

    Müzəffər ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, dövlət orqanları da xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verirlər. İyul ayının 16-da Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 52 adda müxtəlif malların müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib.
    Bu məqsədlə 1791 kq peçenyə, kek və digər qida məhsulları, 3781 ədəd şampun, 144 ədəd yuyucu və təmizləyici vasitələr, 230 ədəd element, 109 ədəd közərmə lampası, 48 ədəd alışqan qazı, 26 kq məişətdə istifadə olunan birdəfəlik plastik qablar, 85 ədəd qaz pilətəsi, 4 ədəd qazla işləyən suqızdırıcı, 1 ədəd duxovka, 7 ədəd şəbəkə və server avadanlığı, 1 ədəd televizor altı, 1 ədəd yazı masası, 1 ədəd durbin, 1 ədəd mismarvuran, 7 ədəd mərmi, 17 ədəd mərmi gilizi, 5 ədəd mərmi ucluğu “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna, 1075 kq peçenyə, kek və digər qida məhsulları, 2269 ədəd şampun, 87 ədəd yuyucu və təmizləyici vasitələr, 138 ədəd element “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına, 716 kq peçenyə, kek və digər qida məhsulları, 1512 ədəd şampun, 58 ədəd yuyucu və təmizləyici vasitələr, 92 ədəd element Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təhvil verilib.
    Saxlanılan mallardan 1 ədəd pnevmatik tapança, 193 ədəd tapança mərmisi, 2 ədəd tapança darağı, 9 ədəd ratsiya, 3 ədəd elektroşok, 4 ədəd gözyaşardıcı qaz, 3 ədəd dubinka, 2 ədəd qandal, xidməti nəqliyyat vasitəsi üçün 1 ədəd sayrışan işıq, 15 ədəd ov silahı patronu, 28 ədəd potron qırması, 9 ədəd ov bıçağı Daxili İşlər Nazirliyinə, 2 ədəd kameralı qələm aidiyəti üzrə təhvil verilib. 1 dəst çöl çadırı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 24 ədəd balıq toru Naxçıvan “Balıqçılıq Təsərrüfatı”na, 200 kq peçenyə, kek və digər qida məhsulları, 250 ədəd şampun, 35 ədəd yuyucu və təmizləyici vasitələr isə Psixi Xəstəliklər Dispanserinə təhvil verilib.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi