• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük orqanları tərəfindən saxlanılmış mallar hərbi hissələrə təhvil verilib

    07 May 2019

    Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə gətirilməsinə cəhd göstərilən və müvafiq müşayiətedici sənədləri olmadığından saxlanılan mallar aidiyyatı qurumlara təhvil verilib.

    Belə k, may ayının 7-də “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordunun və Sərhəd Diviziyasının nümayəndələrindən ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirib.Gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış 1600 kq yuyucu toz, 400 kq ərp əlehinə təmizləyici, 140 kq əl sabunu və ümumi çəkisi 100 kq olan digər təmizlik vasitələri, o cümlədən 150 litr zeytun yağı aktlaşdırılaraq “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar isə1100 kq yuyucu toz, 280 kq ərp əlehinə təmizləyici, 80 kq əl sabunu və ümumi çəkisi 75 kq olan digər təmizlik vasitələri, həmçinin 100 litr zeytun yağından ibarət olub.

    Muxtar respublika gömrük orqanları tərəfindən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi təmin ediləcikdir.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi