İctimai-mədəni həyat :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

25.09.2017

USD - 1.7008

EUR - 2.0342

GBP - 2.3097

IRR - 0.0046

RUR - 0.0294

TRY - 0.4864

İctimai-mədəni həyat

Naxçıvan" komandası futzal çempionatının qalibi olub
12.01.2017 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə ölkəmizin gömrük orqanları arasında təşkil olunan futzal çempionatına yekun vurulub.

 Mingəçevir şəhərində srart götürən yarışda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası “Hava Nəqliyyatında Baş Gömrük İdarəsi”, ““Azərterminalkompleks” Birliyi” və “Gəncə Gömrük İdarəsi” komandaları ilə birgə “C” qrupunda mübarizə aparıb. Müvafiq olaraq 9:1, 7:3 və 3:0 hesablı qələbələrlə qrupdan birinci çıxan komandamız növbəti mərhələdə “Tovuz Gömrük İdarəsini” mübarizədən kənarlaşdırıb - 9:1. Yarımfinal mərhələsində komandamızın rəqibi Hava Nəqliyyatında Baş Gö mrük İdarəsinin futzalçıları olub. Naxçıvan gömrükçüləri finalın bir addımlığında rəqib qapısından 9 cavabsız top keçirib. Komandamızın həlledici oyundakı rəqibi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin komandasını 5:3 hesabıyla məğlub edən Astara Gömrük İdarəsinin komandası olub. Bakı şəhərindəki ABU ARENAda baş tutan final oyununda komandamız birinci hissəsini 1:0 öndə tamamlayıb. İkinci hissə daha məhsuldar olub. İlqar İsmayılov, Cavid Xəlilov və Tural Əliyev hərəyə bir dəfə fərqləniblər. Orxan Məmmədov dubl etməklə çempionat ərzindəki qollarının sayını 20-ə çatdırıb. “Astara” komandası isə qapımıza iki dəfə yol tapa bilib. Beləliklə, final qarşılaşması “Naxçıvan” komandasının 5:2 hesablı qələbəsiylə başa çatıb.

Final oyunundan əvvəl keçirilmiş üçüncülük uğrunda qarşılaşmada isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin komandası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandasını məğlubiyyətə uğradıb – 9:5. Sonra ilk üç yeri tutan komandaların və fərqlənənlərin mükafatlandırılması mərasimi olub. Komandamızın üzvlərindən Rahil Tahirli çempionatın “Ən yaxşı qapıçı”sı, Orxan Məmmədov “Ən məhsuldar oyunçu”su seçilib.

Komitənin Mətbuat xidməti 


Gömrükçülər talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirib

 13.06.2017

15 iyun Milli  Qurtuluş Günü ərəfəsində gömrükçülər qanvermə aksiyası keçirib. “Gömrükçülər Sizləri unutmur” adlı aksiyada məqsəd talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə və bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə gələrək yüksək həvəslə bu nəcib və humanist xarakterli aksiyada iştirak ediblər. Mərkəzin həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Donorlardan arterial təzyiq, hepatit və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Donorlardan götürülən qan qruplar üzrə müəyyənləşdirilərək xüsusi şəraitdə qan bankına təhvil verilib. 

Qanvermə aksiyasında əvvəlcədən müəyyən olunmuş qrafik üzrə ümumilikdə 20 gömrükçü iştirak edib. Bu xeyirxah aksiyanın nəticəsində qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb.


 Komitənin Mətbuat xidməti

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

25.09.2017
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.