“Gömrük tarixi” muzeyi :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

18.11.2017

USD - 1.7002

EUR - 2.0070

GBP - 2.2488

IRR - 0.0043

RUR - 0.0285

TRY - 0.4410

“Gömrük tarixi” muzeyi

 
   


             Nax
çıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binasında ictimai əsaslarla fəaliyyət göstərən “Gömrük tarixi muzeyi” Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovun 10 mart 2004-cü il tarixli əmri ilə yaradılmışdır. Muxtar respublika gömrük orqanlarının keçdiyi tarixi inkişaf yolunu əks etdirən muzeyin yaradılmasında əsas məqsəd həm də hüquqazidd yollarla gömrük sərhədindən keçirilməyə cəhd edirlərkən saxlanılan milli mədəniyyət nümunələrinin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin qorunub saxlanılmasını təmin etməkdən ibarətdir.
            
2010-cu ildə Naxçıvan Muxtar Redspublikası Dövlət Gömrük Komitəsinin inzibati binası əsaslı şəkildə təmir olunarkən “Gömrük Tarixi Muzeyi” genişləndirilmiş, ekspozisiyası yenidən qurulmuşdur. Muzeydəki eksponatlar əhəmiyyət və mahiyyətinə uyğun olaraq fondlar üzrə qruplaşdırılmışdır. Muxtar respublikanın gömrük tarixinə aid materiallar, gömrük orqanlarının işini əks etdirən sənədlər va sair “Sənəd fondu”nda toplanılmışdır. Qaçaqmalçılıq faktları ilə bağlı şəkillər, müsadirə olunmuş mallar, qədim pul nümunələri və digər əşyalar “Əşya fondu”nda yer almışdır.  Muzeydə sərgilənən antikvar əşya və nümunələrin tarixini dəqiq müəyyən etməkdən ötrü aidiyyəti üzrə mütəxəssis rəyləri alınmış, eksponatlar pasportlaşdırılarkən bu barədə müvafiq qeydlər aparılmışdır.  Burada qədim sənətkarlıq sahələrinə, xüsusən də xalçaçılıq, duluzçuluq, toxuculuq, misgərliyə aid çoxsaylı qiymətli eksponatlar, təsviri incəsənət nümunələri, müxtəlif dövrlərə aid nizə başlıqları, odlu silah, müxtəlif qızıl və gümüş sikkələr, xalq tətbiqi sənətinə aid  dəyərli nümunələr vardır. 
            
Qeyd edək ki, müzeydə yer alan eksponatlar gömrük orqanlarının bu istiqamətdə bu vaxta qədər həyata keçirdikləri işlərin kiçik bir nümunəsidir. Muxtəlif vaxtlarda hüquqazidd yollarla gömrük sərhədindən keçirilməyə cəhd olunarkən saxlanlan maddi-mədəniyyət nümunələrinin, arxiv sənədlərinin, qiymətli əşlayarın, silahların əksəriyyəti aktlar əsasında muxtar respublikanın dövlət muzeylərinə, milli elmlər akademiyasının Naxçıvan bölməsinə, Daxili işlər nazirliyinə və müvafiq olaraq başqa təşkilatlara verilmişdir. Aktların nümunələri və təhvil verilən eksponatların şəkilləri də muzeydə nümayiş etdirilir. Qeyd edək ki, Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan gömrükçülərinin sayıqlığı nəticəsində saxlanılmış Azərbaycan və dünya xalqlarına məxsus çoxsaylı antikvar nümunələr sərgilənir. Naxçıvan Xalça Muzeyi gömrükçülərimiz tərəfindən saxlanılmış qədim tarixə malik xalçaçılıq nümunələri əsasında formalaşdırılmışdır.
             Gömrük tarixinə dair sənədlər, müstəqillik dövründə muxtar respublika gömrük orqanlarının faliyyətini əks etdirən fotoşəkillər, video materiallar “Audio-vizual materiallar və mətbuat fondu”nda toplanılmışdır. Son illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı mərkəzi və yerli kütləvi informasiya vasitələrində yayımlanan materiallar, Komitədə keçirilmiş tədbirlər, konfranslar, idman yarışları və sairlə bağlı video çarxlar, keçirilmiş tədbirlərin proqramları da sözügedən fondun eksponat tərkibini zənginləşdirir.
            
Gömrük əməkdaşlar, yeni işə qəbul olunanlar, gömrük orqanlarında təcrübə keçən universitet tələbələri, qonaqlar mütəmadi olaraq muzeylə tanış olur, “Rəy və təkliflər kitabı”nda öz ürək sözlərini yazırlar.

   
  

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

18.11.2017
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.