Təcrübə mübadiləsi :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

25.09.2017

USD - 1.7008

EUR - 2.0342

GBP - 2.3097

IRR - 0.0046

RUR - 0.0294

TRY - 0.4864

Təcrübə mübadiləsi

  
 

Türkiyəli mütəxəssislər tərəfindən gömrük ekspertizası idarəsinin əməkdaşları üçün təlim kursu keçirilib

 

Türkiyəli mütəxəssislər tərəfindən Naxçıvan Gömrük Ekspertizası İdarəsinin əməkdaşları üçün təlim kursu keçirilib. Türkiyə Gömrük Laboratoriyalarının müdiri Öndər Göçmən, İstanbul Gömrük Laboratoriyasının müdiri Yaşar Çiftci, Gömrük kimya mütəxəssisi Berat Qaramanın iştirakı ilə təşkil olunan təlim kursu üç gün davam edib.

Qeyd edək ki, Naxçıvanda yeni yaradılan gömrük ekspertizası idarəsinin faəliyyətinin dəstəklənməsi, lazımı köməkliklərin göstərilməsi ilə bağlı razılıq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr, gömrük xidməti general-leytenantı Asəf Məmmədovun iştirakı ilə 23-24 avqust 2012-ci il tarixdə İstanbul şəhərində Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında keçirilən ikitərəfli görüşdə əldə olunmuşdu.

 Təlim kursunun ilk günü türkiyəli mütəxəssislər Naxçıvan Gömrük Ekspertizası İdarəsinin maddi-texniki bazası ilə yaxından tanış olublar. Qonaqlara laboratoriyada ekspertizası aparılacaq qida məhsulları və digər analizlər haqqında ümumi məlumat verililib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Qonaqlar Türkiyə gömrük laboratoriyalarının tarixi, iş prinsipi və uğurları haqqında ətraflı məlumat veriblər.

Kursun ikinci günü nəzəri biliklərin təcrübədə tətbiqi məqsədilə mövcud cihazlarldan istifadə, analizlərin aparılması və nəticələrin ümumiləşdirilməsi, yekun rəyin verilməsi qaydaları tədris olunub. Yoğurt və kərə yağından götürülmüş nümunələrdə turşuluq, pH və yağlılıq analizləri aparılıb. Mütəxəssislər istifadə etdikləri analiz metodlarını əyani şəkildə təlim iştirakçılarına göstəriblər. 
         Kursun sonuncu günü təlimin yekunu müzakirə edilib. Türkiyəli mütəxəssislər malların gömrük ekspertizası zamanı diqqət yetirilməsi zəruri olan məsələləri bir daha xatırladaraq Türkiyə gömrük xidməti tərəfindən Naxçıvan Gömrük Ekspertizası İdarəsinin işinə bundan sonra da əməli köməklik göstəriləcəyini, qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.

   

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

25.09.2017
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.