Hüquq mühafizə fəaliyyəti :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

25.09.2017

USD - 1.7008

EUR - 2.0342

GBP - 2.3097

IRR - 0.0046

RUR - 0.0294

TRY - 0.4864

Hüquq mühafizə fəaliyyəti

  2017-ci ilin birinci yarısı ərzində görülmüş işlər 

 

2017-ci ilin birinci yarısı ərzində muxtar respublika gömrük orqanları tərəfindən hüquqpozma hallarına qarşı mübarizə istiqamətində səylər artırılmış, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir. 

Ümumilikdə, hesabat dövründə gömrük orqanları tərəfindən 5 cinayət tərkibli fakt aşkarlanmış,  cinayət əməllərinin 3-ü narkotik qaçaqmalçılığı ilə bağlı olmuşdur. Qeyd olunan faktlar üzrə 119 ədəd “Tramadol” adlı psixotrop tərkibli dərman, 79,40 qram narkotik vasitə olan metamfetamin və 93 kq 609 qram heroin aşkar edilmişdir. 

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində muxtar respublika gömrük orqanlarının tarixindəki ən böyük nailiyyət  İran İslam Respublikası ilə sərhəddə yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınmışdır. Belə ki, 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi 07 MCK 92 dövlət nömrə nişanlı Volvo markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yeri müəyyən olunmuşdur.  Gömrükçülər tərəfindən 34 JA 7009 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə  fiziki baxış həyata keçirilərkən 180 bükümdə qablaşdırılaraq gizlədilmiş ümumi çəkisi 93 kq 609 qram  narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Narkotik yüklü avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunmuşdur. 

Hesabat dövrü ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər 1 Azərbaycan, 2 Türkiyə Respublikası vətəndaşı tərəfindən törədilmişdir. Aşkarlanmış cinayət tərkibli faktların 2-də narkotik vasitələrin muxtar respublikanın ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına aparılması halı müəyyən olunmuşdur.

Ümumilikdə, cinayət tərkibli faktlardan 1-i əməliyyat məlumatı əsasında, 2-si gömrük baxışı həyata  keçirilən zaman aşkarlanmış, 2 fakt isə müvəqqəti olaraq xaricə aparılmış nəqliyyat vasitələrinin geri qaytarılmaması ilə bağlı olmuşdur.

“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəqledilməsinə və istehsalına lisenziya (xüsusi  razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarxli Azərbaycan Respublikasının Qanununa əsasən ölkə ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə qarşı mübarizə gücləndirilmiş, gömrük orqanları tərəfindən psixotrop tərkibli dərmanların dövriyyəsinə tam nəzarət olunması üçün sərhəd gömrük buraxılış məntəqələrində dərman vasitələrinin adını yazmaqla idxalının məhdudlaşdırılıb-məhdudlaşdırılmadığını müəyyənləşdirmək üçün proqram təminatı hazırlanmışdır.

2017-ci ilin yanvar-iyun ayları ərzində gömrük orqanları tərəfindən muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından ayrı-ayrı vətəndaşlardan 20 min 557 ədəd psixotrop tərkibli dərman vasitəsi saxlanılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər davam etdirilmiş, vətəndaşların maarifləndirilməsi işi aparılmışdır.

Muxtar respublika gömrük xidməti qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işləri təkmilləşdirmək məqsədilə digər dövlət orqanları ilə birgə fəaliyyət planı müəyyənləşdirilərək həyata keçirilmiş, qanunvericiliyin pozulması hallarının, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün digər hüquq mühafizə orqanları ilə mütəmadi əlaqə saxlanılmış, məlumat mübadiləsi həyata keçirilmişdir. Hüquq mühafizə orqanlarından alınan məlumatlar vaxtlı-vaxtında diqqətə alınmış və araşdırılması üçün müvafiq tədbirlər görülmüşdür. 

Hesabat dövründə gömrük xidmətinin digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində  374,45 qram qızıl, 11,7 qram heroin, 6 qram marixuana, 418 ədəd psixotrop tərkibli dərman vasitəsinin qanunsuz yollarla muxtar respublikaya gətirilməsinin qarşısı alınmış və qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq tədbirlər görülmüşdür. 

Muxtar respublika gömrük orqanları tərəfindən 2017-ci ilin birinci yarısı ərzində 568 inzibati xəta faktı aşkar edilmiş və inzibati məsuliyyətə cəlb olunanlardan 29 min 902 manat cərimə alınmışdır. Aşkarlanmış inzibati  xəta faktlarının 423-ü Azərbaycan Respublikası, 145-i isə xarici ölkə vətəndaşları tərəfindən törədilmişdir. Aşkar edilmiş inzibati xətalara dair işlərin nəticələri təhlil edilmiş və qəbul edilmiş qərarların icra vəziyyəti yoxlanılmışdır.

Gömrük  hüquqpozmalarının qarşısının alınmasında kinoloji xidmətin imkanlarından geniş istifadə olunmuşdur. Bütün sərhəd keçid məntəqələrində kinoloqların itləri ilə birlikdə fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılmışdır. Kinoloji sahədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Ədliyyə nazirlikləri ilə sıx əməkdaşlıq edilərək birgə təlimlər təşkil edilmiş, qeyd olunan dövlət qurumları üçün xidməti itlərin və kinoloqların hazırlanmasına köməklik göstərilmişdir. Hesabat dövründə 11-i narkotik, 2-si partlayıcı maddə, 2-si tütün məmulatı, 2-si mühafizə, 2-si damazlıq olmaqla, ümumilikdə 19 müxtəlif cinsli xidməti itin təlimi və baxımı həyata keçirilmişdir.

Cari ilin birinci yarısı ərzində gömrük sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətinin artırılması, müasir metodlardan istifadə etməklə gömrük nəzarətinin təkmilləşdirilməsi, kinoloji xidmətin fəaliyyətinə diqqətin artırılması ilə bu istiqamətdə görülən işlərin keyfiyyəti yüksəldilmiş, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə işi təkmilləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikasının digər sərhəd keçid məntəqələrində aşkar olunan narkotik qaçaqmalçılığı faktları, onların keçirilmə yolları barədə məlumatlar, o cümlədən sərhəd gömrük buraxılış məntəqələrində quraşdırılan X-ray tipli rentgen nəzarət qurğuları vasitəsilə əldə olunan avtonəqliyyat vasitələrinin gizli saxlanc yerləri barədə görüntülərin əldə edilərək əməkdaşların iştirakı ilə vaxtaşırı təhlil edilməsi hüquqpozmalara qarşı mübarizənin keyfiyyətini artırmağa imkan yaratmışdır. 

Gömrük orqanlarının hüquqpozmalara qarşı mübarizə şöbə və bölmələrinin əməkdaşlarına həftədə bir dəfə olmaqla əməliyyat axtarış fəaliyyətinə və inzibati icraata dair qanunvericilik aktlarının tədrisi təşkil edilmiş, aşkarlanmış hüquqpozma faktlarının ilkin sənədləşməsi zamanı yerinə yetirilməli olan prosessual hərəkətlər və tərtib olunacaq prosessual sənədlərin düzgün doldurulması qaydası izah edilmişdir. 

Aşkar olunan maddələrin narkotik vasitə olmasını müəyyənləşdirmək üçün gömrük orqanları ən müasir ekspres analizatorlarla təmin olunmuşdur.

Gömrük orqanlarının Hüquqpozmalara qarşı mübarizə şöbə və bölmələri bundan sonra daha səmərəli nəticələr əldə etmək üçün bütün səy və bacarıqlarını mütəşəkkil qaydada səfərbər edəcək, öz fəaliyyətini muxtar respublikamızda əldə olunmuş sabitliyin, sağlam və firavan həyat şəraitinin qorunmasına, əməliyyat-axtarış işinin genişləndirilməsinə, gömrük sahəsində hüquqpozma hallarının qarşısının alınmasına yönəldəcəkdir.
Komitənin Hüquqpozmalara qarşı mübarizə şöbəsinin məlumatı

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

25.09.2017
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.