Mobil gömrük :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

29.07.2017

USD - 1.7009

EUR - 1.9877

GBP - 2.2238

IRR - 0.0047

RUR - 0.0286

TRY - 0.4811

Mobil gömrük

  Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin

Mobil Gömrük Şöbəsinin əsas vəzifələri

 Komitə tərəfindən müəyyən edilmiş hallarda gömrük nəzarəti zonasından kənarda (avtomobil yollarında, yükləmə və boşaltma yerlərində, icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi yerlərdə və s.) törədilən, yaxud törədilməsi ehtimal edilən qaçaqmalçılıq, gömrük işi sahəsində digər cinayətlər və hüquqpozma hallarının aşkar edilməsi və qarşısının alınması;

√ Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası hissəsində gömrük sərhədindən (bundan sonra gömrük sərhədi) malların və nəqliyyat vasitələrinin tranziti zamanı hüquqi və fiziki şəxslər tərəfindən gömrük qanunvericiliyinə riayət olunmasının təmin edilməsi, gömrük ərazisi hüdudlarında gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edilməsi;

√ Qaçaqmalçılıq və gömrük işi sahəsində digər hüquqpozma hallarının aşkar edilməsi və sənədləşdirilməsi zamanı gömrük strukturlarına zəruri köməklik göstərilməsi;

√ Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası hissəsində gömrük sərhədindən malların qanunsuz keçirilməsinin qarşısının alınması üzrə tədbirlərdə iştirak edilməsi;

 

√ Öz səlahiyyətləri daxilində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi; 

√ Malların respublika ərazisinə idxalı, bu ərazidən ixracı və tranziti ilə əlaqədar əməliyyat şəraitinin öyrənilməsi və təhlili, ona nəzarətin həyata keçirilməsi;

√ Malların və nəqliyyat vasitələrinin muxtar respublikanın gömrük ərazisinə qanunsuz gətirilməsi və ya bu ərazidən aparılması kanallarının, vasitələrinin və mexanizmlərinin aşkar edilməsi, onun səbəb və şəraitinin müəyyənləşdirilməsi, gömrük hüquqpozmalarının qarşısının alınmasının səmərəli metodlarının işlənib hazırlanması və tətbiqi;

√ Muxtar respublikanın gömrük idarələrinin fəaliyyət ərazilərində fövqəladə vəziyyət, habelə gömrük orqanları əməkdaşlarının xidməti vəzifələrinin icrasına maneçilik törədən halların aradan qaldırılmasına köməklik göstərilməsi;

√ Gömrük hüquqpozması faktının sənədləşdirilməsi, təhqiqat və ibtidai istintaq məqsədləri üçün qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan hallarda gömrük hüquqpozması törətmiş və ya törədilməsində şübhəli bilinən şəxsin saxlanılması, müvafiq yerə gətirilməsinin təmini;

√ Gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin qanunsuz keçirilməsi cəhdləri haqqında aidiyyatı gömrük strukturlarının məlumatlandırılması;

√ Gömrük strukturlarının müvafiq işinin səmərəliliyinin yüksəldilməsi məqsədilə gömrük sərhədindən qanunsuz keçirilən mallar haqqında məlumatların toplanılması və ümumiləşdirilməsi;

√ Azərbaycan Respublikasının qanunvericiliyinin və ya tərəfdar olduğu beynəlxalq müqavilələrin tələblərinin pozulması ehtimalı yarandıqda malların və nəqliyyat vasitələrinin onlara gömrük yoxlamasını həyata keçirmək üçün şəraitə malik olan ən yaxın gömrük orqanına və ya onun fəaliyyət ərazisində yerləşən binaya, habelə digər müvafiq yerlərə qədər müşayiət edilməsi, həmçinin zəruri olduqda təhlükəli yüklərin müşayiət edilməsi;

√ Zəruri olduqda digər gömrük orqanları tərəfindən rəsmiləşdirilmiş mallar və nəqliyyat vasitələri üzərində təkrar gömrük yoxlamasının həyata keçirilməsi, habelə zəruri gömrük nəzarəti formalarının tətbiq edilməsi;

√ Gömrük hüquqpozmalarına imkan yaradan səbəb və şəraitin aşkar edilməsi, onların aradan qaldırılması üzrə şöbə ilə razılaşdırılmaqla tədbirlər planının hazırlanıb həyata keçirilməsi;

√ Aşkar edilmiş gömrük işi sahəsində cinayətlər və digər hüquqpozmaların izlərinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi, onu törətmiş şəxslərin aşkar edilməsi məqsədilə qanunvericiliklə müəyyənləşdirilmiş təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi;

√ Gömrük hüquqpozmaları sahəsində məlumat-təhlil işlərinin həyata keçirilməsi, bu pozuntuları doğuran səbəb və şəraitin öyrənilməsi, ümumiləşdirilməsi və təhlil edilməsi;

√ Öz səlahiyyətləri daxilində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət göstərilməsi;

√ Gömrük nəzarət zonalarında quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınan video yazıların gündəlik izlənilməsi, əldə olunmuş materialların təhlil edilərək müvafiq tədbirlərin görülməsi üçün şöbə rəisinə təkliflərin verilməsi;

√ Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

 

 

 

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

29.07.2017
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.