Kinoloji xidmət :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

27.05.2018

USD - 1.7000

EUR - 1.9906

GBP - 2.2728

IRR - 0.0040

RUR - 0.0276

TRY - 0.3585

Kinoloji xidmət

 

 Gömrük orqanlarında kinoloji xidmətin fəaliyyətindən gömrük nəzarəti zamanı narkotik vasitələrin, psixotrop, güclü təsirli, zəhərləyici, partlayıcı, radioaktiv maddələrin, odlu silahların, partlayıcı qurğuların və döyüş sursatının aşkar edilməsi zamanı istifadə olunur.

Xidməti itlərin təlimi və xüsusi hazırlığının təşkili diqqətdə saxlanılır və onların tətbiqinin forma və metodları ilbəil təkmilləşdirilir. Kinoloqların hazırlığının və peşə  keyfiyyətlərinin artırılmasına da xüsusi fikir verilir,  Kinoloji xidmətin komplektləşdirilməsi məqsədilə peşəkar xidməti itlər seçilərək alınır, artırılır, onların cins tərkibi və iş keyfiyyətləri yaxşılaşdırılır, genefondu qorunub saxlanılır.

Kinologiya və xidməti itçilik üzrə Azərbaycan Respublikasının, muxtar respublikanın və xarici ölkələrin hüquq-mühafizə orqanları və digər qurumları ilə müəyyən olunmuş qaydada əməkdaşlıq və birgə fəaliyyət uğurlu nəticələr verir.

Muxtar respublika gömrük orqanları tərəfindən kinoloji xidmətin səviyyəsinin yüksəldilməsi və kinoloqların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər 2017-ci ildə də davam etdirilmişdir. Əsasən narkotik vasitə, siqaret, silah və valyuta axtarışı üzrə ixtisaslaşmış 19 baş müxtəlif cinsli kinoloji itin təlimi və baxımı həyata keçirilmiş, xidməti itlər sərhəd keçid məntəqələrində qeydə alınan bir çox hüquqpozma faktının aşkarlanmasında yaxından iştirak etmişlər.

 

 

 

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

27.05.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.