Görüşlər :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

18.11.2017

USD - 1.7002

EUR - 2.0070

GBP - 2.2488

IRR - 0.0043

RUR - 0.0285

TRY - 0.4410

Görüşlər

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib
 
 11.11.2016
 Noyabrın 11-də Sədərək Gömrük İdarəsində Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib.
     Görüşdə Azərbaycan tərəfdən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, Türkiyə tərəfdən isə Dilucu Gömrük İdarəsinin rəisi Məsut Koç və digər rəsmi şəxslər iştirak edib.
      Görüşdə Türkiyənin  digər sahələrdə olduğu kimi xarici ticarət siyasətində də  Azərbaycan üçün öncül yerlərdən birini tutmasından, iki ölkə arasında ticarət dövriyyəsinin, qarşılıqlı investisiya qoyuluşunun ilbəil artmasından məmnunluqla bəhs olunub.
     Ölkələrimiz arasındakı gömrük əlaqələrinin də yüksələn xətt üzrə inkişaf etdiyi,  qarşılıqlı məlumat və təcrübə mübadiləsinin bu sahədəki əməkdaşlığı daha da gücləndirdiyi,  Azərbaycan Gömrük Xidmətində risklərin idarə olunması ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsinin bu sahədə nailiyyətlərin əldə edilməsinə kömək göstərdiyi bildirilib.
      Azərbaycanla Türkiyə arasında yeganə sərhəd qapısı olan Sədərək-Dilucu gömrük-keçid məntəqəsinin ölkələrimiz üçün strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanaraq hər iki gömrük idarələri arasında əməkdaşlığın inkişaf perspektivləri, sürətli keçidin təmin edilməsi və məlumat mübadiləsi məsələləri müzakirə olunub. 
     Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın gələcək perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Komitənin Mətbuat Xidməti

 
 
 
İran gömrük xidmətinin nümayəndələri
Naxçıvanda işğüzar səfərdə olub
 
12.08.2016 
 
İran İslam Respublikasının Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin gömrük rəsmilərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub. ŞərqiAzərbaycan Vilayətinin gömrüklərinin rəisi ƏləsgərAbbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində görüş keçirilib. Görüşdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Mənsur Ayrım da iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi kimi İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini, gömrük sahəsində əməkdaşlığın ildən-ilə genişləndiyini bildirib.
Nümayəndə heyətinin rəhbəri Ələsgər Abbaszadə səmimi görüşdən məmnunluğunu ifadə edərək İran tərəfinin qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib. 
Heyətlərarası görüşdə ikitərəfli gömrük və ticarət əlaqələrinin sadələşdirilməsi məsələləri müzakirə edilib. Tərəflər sərhəd-keçid məntəqələrinin iş saatının artırılması, mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, gömrük nəzarətində “bir dayanacaq” prinsipinin tətbiqi, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün qarşılıqlı görüşlərin mütəmadi qaydada təşkili və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər. 
Birgünlük səfər proqramı çərçivəsində Naxçıvanın bir sıra görməli yerlərini gəzən qonaqlar Biznes Mərkəzində də olublar. Mərkəzlə tanışlıq zamanı qonaqlara muxtar respublikamızın sosial-iqtisadi inkişafı, Naxçıvanda istehsal olunan mallar, o cümlədən ixrac potensialı olan yerli istehsal məhsulları barədə məlumat verilib.

Rahil TAHİRLİ,
Komitənin Mətbuat xidməti 
 

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

18.11.2017
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.