Daxili bazarın qorunması :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

29.07.2017

USD - 1.7009

EUR - 1.9877

GBP - 2.2238

IRR - 0.0047

RUR - 0.0286

TRY - 0.4811

Daxili bazarın qorunması

  Bu istiqamətdə 2016-cı il ərzində görülmüş işlər

 

Daxili bazarın və yerli istehsalçıların mənafeyinin qorunması, istehlakçıların hüquqlarının müdafiəsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ixracın stimullaşdırılması gömrük işi sahəsində prioritet istiqamət kimi müəyyənləşdirilmişdir.

2016-cı il ərzində bu sahədə qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün müvafiq dövlət orqanlarından alınan məlumatlar əsas götürülməklə və real bazar konyukturası öyrənilməklə yerli istehsal məhsullarının daxili tələbatı ödəməsi miqdarı öyrənilmiş və əldə olunan məlumatlar əsasında daxili bazarın qorunmalı olan sahələri müəyyənləşdirilmişdir. Mütəmadi olaraq yerli istehsalı tələbatı tam ödəyən məhsulların daxili bazarda satışını stimullaşdırmaq, onları analoji ucuz idxal mallarının haqsız rəqabətindən qorumaq məqsədilə idxalı məhdudlaşdırılan malların siyahısı hazırlanaraq tabeli gömrük orqanlarına göndərilmişdir. Bu siyahılar muxtar respublikada yeni istehsal sahələrinin yaradılması və öz istehsal güclərini artırması nəticəsində mütəmadi olaraq yenilənməkdədir.

Muxtar respublikada daxili bazarın qorunması xaricdən gətirilən və yerli istehsala əks təsir göstərən mallara tarif və qeyri-tarif tədbirləri tətbiq olunmaqla həyata keçirilir. Müvafiq dövlət orqanları ilə birgə hazırlanmış tədbirlər planına əsasən, daxili bazarın ucuz və keyfiyyətsiz məhsullardan, tələbatı ödəmək qabiliyyətində olan yerli məhsulların analoji idxal mallarından qorunması mütəmadi olaraq nəzarətdə saxlanılır. 

2016-cı il ərzində yerli istehsalın qorunması, istehlak bazarının xüsusilə keyfiyyətli ərzaq və qeyri-ərzaq məhsulları ilə təchiz olunması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən idxal-ixrac əməliyyatlarının mövsümə uyğun olaraq tənzimlənməsinə nəzarət gücləndirilmişdir. 

Muxtar respublikadakı istehsal sahələrində istifadə olunan xarici xammala və yüksək texnologiyalı istehsal avadanlıqlarına minimum gömrük ödənişlərinin tətbiqi də sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətliliyini artırmaqla, onların fəaliyyətini stimullaşdırmışdır. Bu isə daxili tələbatı ödəmək məqsədilə yaradılan istehsal sahələrinin ixrac potensialının formalaşmasına münbit şərait yaratmışdır.  

Muxtar respublikada qəbul olunmuş Dövlət Proqramlarından, Ali Məclisin sessiyalarından, keçirilən müşavirələrdən irəli gələn vəzifələrin yerinə yetirilməsi yarımillik fəaliyyətin əsas istiqamətini təşkil etmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2016-cı il tarixli Sərəncamı ilə qəbul ounmuş  “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həlli istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin tətbiqinə, xaricdən idxal edilən üzvi və qeyri-üzvi gübrələrin keyfiyyət göstəricilərinə, toxumların və tingçilik məhsullarının müəyyən olunmuş tələblərə cavab verməsinə nəzarət gücləndirilmiş, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının dəstəklənməsi, genetik modifikasiya olunmuş məhsulların muxtar respublikaya idxalının və dövriyyəsinin qarşısının alınması istiqamətində işlər davam etdirilmişdir. Sərhəd gömrük buraxılış məntəqələrində geni dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş məhsullar, onların milli iqtisadiyyata və milli genefondumuza mənfi təsiri ilə bağlı izahat işləri aparılmış, belə məhsulların muxtar respublikaya idxalına yol verilməmişdir.  Gömrük əməkdaşları tərəfindən gen dəyişikliyinə uğraması ehtimal olunan məhsullara qarşı nəzarət gücləndirilmiş, idxal olunan qida məhsullarının tərkibində geni dəyişdirilmiş məhsulun olub-olmaması haqqında müvafiq markalanmanın mövcudluğu tələb edilmişdir.

Regionda becərilən meyvə və tərəvəz məhsullarının təlabatı ödədiyi nəzərə alınaraq mövsüm dövründə eyniadlı məhsulların xaricdən gətirilməsi tamamilə məhdudlaşdırılmışdır. Soyuducu anbarların və istixana komplekslərinin qurulması nəticəsində daxili təlabatı ödəyən pomidor, alma, kartof və soğan mövsüm dövründən sonrakı müddətdə də qeyri-tarif tədbirləri tətbiq olunmaqla eyniadlı xarici malların təsirindən qorunmuşdur. Xarici təsirlərdən qorunmanın mütəmadi xarakter alması muxtar respublikada becərilən məhsulların həcminin artmasına şərait yaratmışdır. 

Gömrük orqanları xaricdən idxal olunan malların keyfiyyətinə də qanunvericilik çərçivəsində nəzarət həyata keçirmişlər. 27 fevral 2012-ci il tarixdə Ali Məclisdə keçirilən müşavirədə muxtar respublikada aparılan tikinti-quruculuq işlərinin keyfiyyətlə həyata keçirilməsinin təmin olunması istiqamətində gömrük orqanları qarşısına qoyulmuş tapşırıqların icrası diqqət mərkəzində saxlanılmışdır. Belə ki, keyfiyyət sertifikatı olmayan tikinti materiallarının xaricdən gətirilməsinin qarşısı alınmış, muxtar respublikada istehsal olunan tikinti materiallarına nəzərən analoji xarici malların idxalı dayandırılmış, tikinti sektorunda istifadə məqsədilə idxal olunan maşın-mexanizm və avadanlıqlar üçün uyğunluq sertifikatı tələb olunmuş və bu sahəyə nəzarət gücləndirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirələrdə verilmiş tapşırıqların icrasına diqqət artırılmış, yerli istehsalı daxili tələbatı tam olaraq ödədiyindən məktəbli geyiminin xarici dövlətlərdən idxalı məhdudlaşdırılmışdır. Belə ki, keyfiyyətinə dair müvafiq sertifikatı olmayan məktəbli ləvazimatı və geyimlərinin idxalına yol verilməmiş, xarici iqtisadi fəaliyyət iştirakçıları ilə keçirilən görüşdə bu sahədə  maarifləndirmə işləri aparılmışdır. Azərbaycan Respublikasının digər bölgələrindən bu adda malların gətirilməsinə isə gömrük orqanlarının mövcud imkanları daxilində nəzarət gücləndirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı keçirilən müşavirələrdə gömrük orqanlarına verilən tapşırıqların icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə yaradılmış komissiyanın iştirakı ilə muxtar respublikanın ticarət obyektlərində reydlər keçirilmiş, satışda olan qaz cihazlarının standartlara uyğunluğuna dair sertifikatlarının olması yoxlanılmışdır. Eyni zamanda xaricdən gətirilən qızdırıcı elektrik və qaz cihazlarının standartlara uyğunluğuna dair müvafiq orqanın və xarici dövlətlərin sertifikatları tələb olunmaqla buraxılışı həyata keçirilmiş, belə malların idxalına nəzarət gücləndirilmişdir . Standartlara cavab verməyən və ya istismar olunmuş qızdırıcı elektrik və qaz cihazları muxtar respublikaya buraxılmayaraq geri qaytarılmışdır.

Əlavə olaraq 1 sentyabr 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrini fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində  işlər davam etdirilmişdir.

  Daxili bazarı xarici təsirlərdən qorumaqla yanaşı,  süni qiymət dəyişmələri də daim nəzarətdə saxlanılmış və bunun aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Məlumat üçün qeyd edək ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, istehlakçıların yüksək keyfiyyətli mallarla təmin edilməsi üçün xaricdən idxal istiqamətində gətirilən bütün qida məhsullarının Naxçıvan Gömrük Ekspertizası İdarəsinin laboratoriya analizlərinə uyğun olaraq gömrük sərhədindən buraxılışı həyata keçirilmişdir. Gömrük orqanlarının laboratoriyasında qida məhsulları üzərində bütün növ analizlərin aparılması imkanı ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm irəliləyiş əldə olunmasına şərait yaratmışdır. 

2016-cı ilin əvvəlindən Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən muxtar respublikaya idxal olunan kənd təsərrüfatı məhsullarının genetik modifikasiyasının yoxlanılmasına başlanılmışdır. Bu məqsədlə idarədə Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssisin rəhbərliyi ilə kurslar təşkil olunmuş,  əməkdaşlar genetik modifikasiyaya məruz qalmış kənd təsərrüfatı və ərzaq məhsullarında transgenləri təyin etməyi öyrənərək sertifikatlar almışlar. 

Hesabat dövrü ərzində idxal məhsullarının keyfiyyətinə nəzarət diqqət mərkəzində saxlanılmış, keyfiyyət göstəricilərinin təyini ilə bağlı 288 adda ümumilikdə 2469 ton məhsuldan alınmış prob və nümunələr  ekspertizadan keçirilmişdir. 

Ümumiyyətlə, 2016-cı il ərzində  idxal  istiqamətində  gətirilən 71 tondan artıq  kənd təsərrüfatı, ərzaq və digər məhsullar  muxtar respublikaya  daxil olmadan  geri  qaytarılmışdır. Həmin malların geri qaytarılması, əsasən, üzərində istehlak tarixinin olmaması və ya istehlak  müddətinin  bitməsi, keyfiyyətsiz və ya xarab olması, mənşəyin məlum olmaması, tərkibində nitratın  miqdarının normadan artıq olması kimi səbəblərlə bağlı olmuşdur. Ümumilikdə, il ərzində 6109 ton maldan götürülmüş nümunələrin analizi aparılmış, 12 tondan artıq mal məhv edilmişdir. 

 

Komitənin Gömrük nəzarətinin təşkili şöbəsinin məlumatı  

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

29.07.2017
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.