Daxili bazarın qorunması :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

08.12.2019

USD - 1.7000

EUR - 1.8883

GBP - 2.2364

IRR - 0.0040

RUR - 0.0267

TRY - 0.2957

Daxili bazarın qorunması

  Bu istiqamətdə 2018-ci il ərzində görülmüş işlər

 

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında 2018-ci ilin yekunlarını müsbət qiymətləndirən cənab Ali Məclisin Sədri vurğulamışdır ki, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması sahəsində həyata keçirilən tədbirlər muxtar respublikanın istehsal potensialının güclənməsinə, iqtisadiyyatın çoxşaxəli inkişafına səbəb olmuşdur. 

Qeyd etmək lazımdır ki, gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin təmin olunması və daxili bazarın qorunması istiqamətində görülən işlər doğma Naxçıvanımızda əldə olunan inkişaf dinamikasının qorunub saxlanmasına öz müsbət təsirini göstərmişdir. Muxtar respublikamızda qəbul olunmuş Dövlət Proqramlarından irəli gələn vəzifələrin icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin günün tələbləri səviyyəsində təşkili istiqamətində fəaliyyət hesabat dövründə də davam etdirilmişdir. 

2018-ci ildə gömrük orqanları tərəfindən sahibkarlıq sahələrinin qorunması və inkişafının stimullaşdırılması diqqətdə saxlanılmış, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli Fərmanına əsasən investisiya təşviqi sənədi almış sahibkarlıq subyektlərinin muxtar respublikaya gətirdiyi istehsal avadanlıqları gömrük rüsumlarından azad olunmuşdur. 

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası məqsədilə xaricdən idxal edilən üzvi və qeyri-üzvi gübrələrin keyfiyyət göstəricilərinə, toxumların və tingçilik məhsullarının müəyyən olunmuş tələblərə cavab verməsinə nəzarət gücləndirilmişdir. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı dəstəklənmiş, genetik modifikasiya olunmuş məhsulların muxtar respublikaya idxalına qarşı mübarizə gücləndirilmişdir. 

“2018-2022-ci illərədə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na əsasən sərhəd keçid məntəqələrində, eləcə də Naxçıvan Beynəlxalq Hava Limanında turistlər üçün üç dildə - Azərbaycan, ingilis və rus dillərində elektron gömrük məlumatları və qanunvericilik aktlarından çıxarışlar yerləşdirilmiş, infokoşklərdə yer alan video-çarxlar vasitəsilə Naxçıvan Muxtar Respublikasının turizm potensialı təbliğ olunmuşdur. 

"Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulmuş vəzifələrin icrası da diqqətdə saxlanılmışdır. Belə ki, muxtar respublikadan yerli xalçaların aparılmasına şərait yaradılmış, xalçaçılıq üçün istifadə olunan xammalın, avadanlıqların və alətlərin gətirilməsi qanunvericilik çərçivəsində asanlaşdırılmışdır. Mütəmadi olaraq əllə toxunan yerli xalçaların təbliği və ixracı ilə əlaqədar xarici ticarət iştirakçıları ilə təbliğat və maarifləndirmə işləri həyata keçirilmişdir 

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən yerli istehsalın qorunmasına, istehlak bazarının keyfiyyətli ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin olunmasına nəzarət gücləndirilmiş,  idxal-ixrac əməliyyatlarının tənzimlənməsi işi həyata keçirilmişdir. Xaricdən gətirilən və yerli istehsala əks təsir göstərən mallara qarşı qanunvericiliyə uyğun olaraq tarif və qeyri-tarif tədbirləri tətbiq olunmuşdur. Bu məqsədlə yerli istehsal məhsullarının daxili tələbatı ödəmə miqdarı vaxtaşırı olaraq öyrənilmiş, əldə edilən məlumatlar əsasında daxili bazarın qorunmalı olan sahələri müəyyənləşdirilmişdir. Kənd təsərrüfatı məhsullarının becərilmə dövründə eyniadlı malların idxalı tamamilə məhdudlaşdırılmışdır. 

Muxtar respublikamızda yerli istehsalın dəstəklənməsi və məhsul bolluğunun yaradılması məqsədi ilə idxal olunan toxumluq kənd təsərrüfatı məhsulları, quşçuluğun və arıçılığın inkişafı üçün müxtəlif növ quşlar və arı ailələri gömrük ödənişlərindən tam azad olunmuş, xaricdən gətirilən xammala güzəştli tarif dərəcələri tətbiq edilmişdir. 

Gömrük orqanları daxili bazarın qorunması və yerli istehsalın stimullaşdırılması ilə yanaşı istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyətini davam etdirmişdir. Sərhəddən  keçirilən  kənd  təsərrüfatı  ərzaq  və digər məhsulların istehsal və istehlak  tarixlərinə, qablaşdırma və daşınma standartlarına nəzarət  edilmiş,  keyfiyyət  göstəriciləri aşağı olan, əmtəə görünüşü pozulmuş malların, tərkibində nitratın miqdarı normadan artıq olan meyvə-tərəvəz məhsullarının idxalına imkan verilməmişdir. 

Məlumat üçün qeyd edək ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, istehlakçıların yüksək keyfiyyətli mallarla təmin edilməsi üçün xaricdən idxal istiqamətində gətirilən bütün qida məhsullarının Naxçıvan Gömrük Ekspertizası İdarəsinin laboratoriya analizlərinə uyğun olaraq gömrük sərhədindən buraxılışı həyata keçirilmişdir. 877 halda ekspertizası aparılmış mallardan 88 ton ərzaq və qeyri-ərzaq məhsulunun mənşəyi məlum olmadığından, həmçinin keyfiyyət göstəriciləri, o cümlədən markalanması və qablaşdırılması  normalara cavab vermədiyindən muxtar respublika ərazisinə buraxılmamışdır. Daxili bazarın və istehlakçıların hüquqlarının qorunması, o cümlədən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına görə il ərzində ayrı-ayrı vətəndaşlardan saxlanılmış ümumi çəkisi 11 tondan artıq ərzaq məhsulu və digər mallar isə yandırma üsulu ilə məhv edilmişdir. 

 

Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin məlumatı  

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

08.12.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.