Vəzifə və funksiyalar :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

29.07.2017

USD - 1.7009

EUR - 1.9877

GBP - 2.2238

IRR - 0.0047

RUR - 0.0286

TRY - 0.4811

Vəzifə və funksiyalar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
05 iyun tarixli 2012-ci il 62-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 
"Naxçıvan Muxtar Respublikasının
Dövlət Gömrük Komitəsi haqqında"
Əsasnamə"dən çıxarış


Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
fəaliyyət istiqamətləri aşağıdakılardır:

gömrük işi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

gömrük işini təşkil edir və onun inkişafını təmin edir;

gömrük işi sahəsində normayaratma fəaliyyətini həyata keçirir;

hüquq mühafizə fəaliyyətini həyata keçirir;

Naxçıvan Muxtar Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil edir.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
vəzifələri aşağıdakılardır:

gömrük işi sahəsində normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

qanunvericilikdə nəzərdə tutulmuş qaydada iqtisadi və milli təhlükəsizliyi təmin etmək;

icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək;

gömrük işinə dair qanunvericilik aktlarının pozulması hallarının qarısını almaq və müvafiq araşdırmalar aparmaq;

malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görmək;

mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək;

gömrük ödənişlərinin alınmasını təmin etmək;

gömrük rüsumlarının, müvafiq vergilərin və dövlət rüsumunun vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin etmək;

qanunvericilikdə nəzərdə tutulmuş qaydada malların gömrük dəyərinin düzgün müəyyən olunmasına nəzarət sistemini təşkil etmək;

qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziya və ixtisas attestatları vermək, onları ləğv etmək və ya onların fəaliyyətini dayandırmaq;

malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq;

gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siyasəti tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqlarının obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, həmçinin başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq;

dəmir yol vağzallarında və hava limanlarında, habelə digər yerlərdə beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə digər hüquq mühafizə orqanlarına yardım göstərmək;

milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək;

insan alverçilərinin, habelə insan alveri qurbanlarının gömrük sərhədindən keçməsinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş qaydada almaq;

Naxçıvan Muxtar Respublikasında xarici ticarətin gömrük statistikasını və xüsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək;

gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçıların hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək;

Komitənin fəaliyyəti ilə əlaqədar insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək;

milli və xarici valyutanın, digər valyuta sərvətlərinin gömrük sərhədindən müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə qanunla müəyyən edilmiş hallarda valyuta nəzarətini həyata keçirmək;

gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrin layihələrinin işlənib hazırlanmasında iştirak etmək, bu müqavilələrdə nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixrac nəzarətini həyata keçirmək;
dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitar və sanitariya nəzarətini “bir pəncərə” prinsipi əsasında mümkün qədər qısa vaxtda həyata keçirmək;

ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Naxçıvan Muxtar Respublikasının ərazisinə keçən nəqliyyat vasitələrini baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə məcburi dezinfeksiya etmək;

başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi məqsədi ilə müvafiq ərazi dövlət baytarlıq müfəttişliyinə məlumat vermək;

beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq icazə blankları vermək;

gömrük işi sahəsində yeni informasiya sistemlərinin və texnologiyalarının tətbiqini, o cümlədən gömrük prosedurlarının elektron modellərinin, gömrük orqanlarının elektron məlumat sisteminin yaradılmasını, gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılmasını və digər elektron xidmətlərinin göstərilməsini təmin etmək;

müasir texnologiyalardan və avadanlıqlardan istifadə etməklə, gömrük işi sahəsində riskləri idarəetmə sistemi əsasında gömrük nəzarətini təkmilləşdirmək;
xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görmək;

gömrük işi sahəsində elmi tədqiqat işləri aparmaq və bu sahəyə aid məsləhətlər vermək;

qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, gömrük işi sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
 
dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlar vermək;
 
dövlət orqanları, xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək;
 
müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada malların idxalı və ixracı barədə məlumatların digər dövlətlərin gömrük xidmətləri ilə elektron formada mübadiləsi, gömrük rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə olunmasında iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq;

beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələri yaratmaq;

digər dövlət orqanları ilə əməkdaşlıq etmək, həmçinin müvafiq məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların fəaliyyətini əlaqələndirmək;

gömrük işi sahəsində islahatlar aparılmasını təmin etmək və bu sahədə inkişafı sürətləndirmək məqsədi ilə dövlət proqramları hazırlamaq və onların yerinə yetirilməsi üçün müvafiq tədbirlər görmək;

digər dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini Komitənin səlahiyyətinə aid məsələlər üzrə təmin etmək;

qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının və Komitənin tabeliyində olan digər qurumların fəaliyyəti üçün zəruri şərait yaradılması, onların maliyyə və digər maddi-texniki təminatı ilə bağlı tədbirləri həyata keçirmək;

öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

informasiya və məsləhət təminatı işini təşkil etmək, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında müvafiq məlumatlar (arayışlar) təqdim etmək;

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini Komitənin səlahiyyətinə aid məsələlər üzrə təmin etmək;

Komitənin sistemində maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək, struktur bölmələrin fəaliyyətinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək;

qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılmış maliyyə resuslarını idarə etmək və onun üzərində sərəncam vermək;

gömrük işi sahəsinə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

gömrük işi sahəsinə aid arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanılmasını və mühafizəsini təmin etmək;

gömrük işi sahəsində kadr hazırlığını təmin etmək məqsədi ilə gömrük orqanlarının fəaliyyətini və vəzifəli şəxslərinin peşə hazırlığını mütəmadi yoxlamaq və zəruri tədbirlər görmək, Komitənin vəzifəli şəxslərinin və tabeliyində olan digər qurumların işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək, onları müvafiq kurs və təlimlərə cəlb və ezam etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

Komitənin fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxmaq və vətəndaşların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək;

gömrük orqanlarında xidmətkeçmə və əmək münasibətləri haqqında qanunvericiliyin icrası üzrə tədbirlər görmək;

gömrük orqanlarının vəzifəli şəxslərinin və Komitənin tabeliyində olan digər qurumların işçilərinin dövlət və sosial müdafiəsi üzrə tədbirlər görmək, onların fiziki hazırlığını təmin etmək və tibbi təminatını həyata keçirmək;

xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını təsdiq etmək;

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
hüquqları aşağıdakılardır:

gömrük işi sahəsində normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

gömrük işi üzrə qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək;

gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin həqiqiliyini və düzgünlüyünü araşdırmaq;

şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq;

dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərini, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarını (şəhadətnamələrini) qanunvericiliyə uyğun olaraq yoxlamaq;
malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirmələrini yoxlamaq, gömrük prosedurlarına nəzarəti həyata keçirmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat-axtarış fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük orqanlarının sistemi daxilində mobil qruplar təşkil etmək;

gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri törətmiş, habelə onların törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədi ilə idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə) məxsus rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində istifadə etmək;

təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;

cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhqiqat və ibtidai istintaq aparmaq;

müvafiq qanunvericiliyə uyğun olaraq inzibati xətalarla bağlı işlər üzrə icraat aparmaq, bu işlərə baxmaq və inzibati xətalar törətmiş şəxsləri məsuliyyətə cəlb etmək;

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən (o cümlədən, texniki vasitələrdən) və odlu silahdan istifadə etmək;

müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları cəlb edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət olunmasına nəzarət etmək, gömrük xidmətinin infrastruktur obyektlərinin mühafizə sistemini təşkil etmək, gömrük sərhədinin qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək;

malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audioyazılar, video və foto çəkilişlər aparmaq;

öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün yazılı formada xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;

gömrük rəsmiləşdirilməsinin və nəzarətinin müasir metod və vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları ilə əməkdaşlıq etmək məqsədi ilə onlarla rəsmi münasibətlər yaratmaq, məsləhətləşmələr aparmaq;

gömrük orqanlarında kargüzarlığın təşkil edilməsi, icra və əmək intizamına riayət olunması üzrə işin təşkili vəziyyətini yoxlamaq;

Azərbaycan Respublikasının və xarici dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrində kadrların hazırlanması üzrə müqavilələr bağlamaq;
fəaliyyət istiqamətlərinə uyğun rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, gömrük işi sahəsi üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək;

gömrük işi sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəsində olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

Komitənin ehtiyacları üçün əsaslı tikinti aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək, qanunvericilikdə nəzərdə tutulmuş hallarda müsabiqə keçirmək, müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;

gömrük orqanlarının vəzifəli şəxslərinin və Komitənin tabeliyində olan digər qurumların işçilərinin əmək şəraitinin, maddi təminatının və sosial-məişət xidmətinin yaxşılaşdırılması barədə təkliflər vermək;

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

29.07.2017
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.