Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

18.11.2017

USD - 1.7002

EUR - 2.0070

GBP - 2.2488

IRR - 0.0043

RUR - 0.0285

TRY - 0.4410

Hörmətli internet səhifəsi istifadəçiləri!

Naxçıvan Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. NDGK-nın rəsmi internet səhifəsi hər bir vətəndaşa məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

Gömrük Komitəsinə elektron formada müraciət göndərməzdən əvvəl, xahiş edirik aşağıdakı qaydalarla tanış olun:
  1. Naxçıvan Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər aidiyyəti üzrə Naxçıvan Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrinə daxil olur və ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
  2. Naxçıvan Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində geniş məlumatlar yerləşdirilmişdir. İnternet səhifənin imkanlarını tam öyrəndiyiniz halda sizi maraqlandıran suallara özünüz cavab tapacaqsınız. Bu səbəbdən saytda öz əksini tapan suallara və bir neçə dəfə göndərilən eyni müraciətlərə baxılmayacaqdır.
  3. Siz, ilk öncə Naxşıvan Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrinin rəhbərlərinə problemləriniz haqqında müraciət etməlisiniz. Əgər bu halda problemlərinizi həll edə bilmirsinizsə, onda Naxçıvan Dövlət Gömrük Komitəsinin sədrinə müracitə edə bilərsiniz. Müraciət zamanı NDGK-nın sədrindən öncə kimə müraciət etməyinizi və ondan aldığınız cavabı göndərin. Əks halda sizin suallara cavab verilməyəcəkdir və məsələnizə baxılmayacaqdır.
  4. Müraciət mətnini yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
  5. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  6. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  7. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  8. Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
  • Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.
  • Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Naxçıvan Dövlət Gömrük Komitəsinin e-poçt ünvanı olan  sedr_ndgk@customs.gov.az ünvanına göndərilməlidir.

Elektron müraciətə keç

Komitə sədrinin virtual qəbulu

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

18.11.2017
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.