Xəbərlər :: Gömrükçülər qanvermə aksiyası keçirib :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

25.09.2017

USD - 1.7008

EUR - 2.0342

GBP - 2.3097

IRR - 0.0046

RUR - 0.0294

TRY - 0.4864

Gömrükçülər qanvermə aksiyası keçirib

14.06.2017

15 iyun Milli  Qurtuluş Günü ərəfəsində gömrükçülər qanvermə aksiyası keçirib. “Gömrükçülər Sizləri unutmur” adlı aksiyada məqsəd talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə və bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə gələrək yüksək həvəslə bu nəcib və humanist xarakterli aksiyada iştirak ediblər. Mərkəzin həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Donorlardan arterial təzyiq, hepatit və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib.  Donorlardan götürülən qan qruplar üzrə müəyyənləşdirilərək xüsusi şəraitdə qan bankına təhvil verilib. 
Qanvermə aksiyasında əvvəlcədən müəyyən olunmuş qrafik üzrə ümumilikdə 20 gömrükçü iştirak edib. Bu xeyirxah aksiyanın nəticəsində qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb.

 
Rahil TAHİRLİ,
Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

25.09.2017
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.