Xəbərlər :: Ümümdünya Gömrük Təşkilatının 6-cı Texnologiya və İnnovasiya Forumu keçirilib :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

20.09.2018

USD - 1.7000

EUR - 1.9848

GBP - 2.2354

IRR - 0.0040

RUR - 0.0253

TRY - 0.2664

Ümümdünya Gömrük Təşkilatının 6-cı Texnologiya və İnnovasiya Forumu keçirilib

13.11.2017

Yaponiyanın paytaxtı Tokio şəhərində Ümümdünya Gömrük Təşkilatının (ÜGT) 6-cı Texnologiya və İnnovasiya Forumu keçirilib. Tədbirdə təşkilata üzv ölkələrin müxtəlif dövlət qurumlarını, elmi-tədqiqat institutlarını, bir sıra beynəlxalq təşkilatları və özəl sektoru təmsil edən 500-ə yaxın nümayəndə iştirak edib. Azərbaycan Gömrük Xidməti forumda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və komitənin informasiya texnologiyaları üzrə əməkdaşı ilə təmsil olunub. 
Yaponiya Maliyyə nazirinin müavini Makoto Nagamine qonaqları salamlayaraq forumun işində uğurlar arzulayıb. 
Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Texnologiya və İnnovasiya Forumunun sərhəd idarəçiliyi və gömrük mühafizəsi sahəsində son nailiyyətlər və texnoloji yeniliklər barədə səmərəli fikir mübadiləsi aparmaq baxımından uğurlu platforma olduğunu qeyd edib. 
Üç gün davam edən forumun əsas mövzusu risk analizinin çevikliyinin və əhatəliliyinin  təmin olunması, gömrük nəzarəti və rəsmiləşdirilməsinə sərf olunan vaxtın minimuma endirilməsi, gömrük ekspertizasının daha sürətli şəkildə aparılması və nəticələrinin vahid sistemə inteqrasiyası kimi məsələlər olub.  
Forum çərçivəsində aparılmış müzakirələrdə sərhəd idarəçiliyinin səmərəliliyinin artırılması üçün gömrük xidmətləri arasında məlumat mübadiləsinin əhəmiyyəti qeyd olunub. Mütəxəssislər modern sərhəd idarəçiliyi üçün nəzərdə tutulan Smart proqramlar haqqında məlumat verərək qeyd ediblər ki,  bir pəncərə sistemi, biometrik keçid, riskin analizi və idarəoluması, səmərəli biznes mühitinin dəstəklənməsi dijital gömrük anlayışının əsas prioritetlərindəndir. 
Forum, həmçinin, dünyanın 36 qabaqcıl şirkəti tərəfindən texnologiya və innovasiya sahəsində məhsul və xidmətlərin nümayiş etdirilməsi ilə də əlamətdar olub. 
 
Rahil TAHİRLİ,
Komitənin Mətbuat xidməti 


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

20.09.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.