Xəbərlər :: Gömrükçülərdən sərhədçilərə bayram sovqatı :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

17.12.2018

USD - 1.7000

EUR - 1.9423

GBP - 2.2312

IRR - 0.0040

RUR - 0.0257

TRY - 0.3158

Gömrükçülərdən sərhədçilərə bayram sovqatı

28.12.2017

Xalqla ordunun birliyi ölkənin müdafiə qüdrətinin artırılmasında, hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynayır. Bu mənada əlamətdar günlərdə, bayramlarda əsgərlərimizin yanında olmaq, mütəmadi olaraq ordu hissələrinə sovqat göndərmək, yardımlar göstərmək xalqla ordunun birliyini təcəssüm etdirir. Bu xeyirxah ənənəni davam etdirən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi  “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qonağı olub. 
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə sərhədçilərimizi təbrik edən Komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov vurğulayıb ki, bu gün ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ordumuzun daha da möhkəmləndirilməsi işi uğurla davam etdirilir, sərhədlərimizin etibarlı müdafiəsi təmin olunur. Xalq inanır ki, onun yenilməz, düşmənə hər an qalib gələ biləcək mübariz ordusu vardır. Ordu isə inanır ki, onun arxasında bütün Azərbaycan xalqı dayanır. Bu günlərdə biz həmin bu birliyin canlı şahidi oluruq. 
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyev göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Qeyd olunub ki, bu gün Azərbaycan əsgərinin kənardan heç nəyə ehtiyacı yoxdur. Ölkəmizin müdafiə xərcləri ildən-ilə artır, təminat ən yüksək səviyyədədir. Bayram günlərində əsgərləri yada salmaq, hərbi qulluçularla bir yerdə olmaq, sevinci bölüşmək isə, sözün əsl mənasında, orduya əvəzsiz mənəvi dayaqdır. 
Sonra gətirilən bayram sovqatı sərhədçilərə təqdim olunub. 

 
Rahil TAHİRLİ,
Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

17.12.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.