Xəbərlər :: Gənc əməkdaşlar “Gömrük Andı” içiblər :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

27.05.2018

USD - 1.7000

EUR - 1.9906

GBP - 2.2728

IRR - 0.0040

RUR - 0.0276

TRY - 0.3585

Gənc əməkdaşlar “Gömrük Andı” içiblər

22.02.2018

Muxtar respublika gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 26-cı ildönümü ərəfəsində təşkil olunan tədbirdə “Gömrük andı”nı sınaq müddəti bitmiş və komitə sədrinin müvafiq əmri ilə ilk xüsusi rütbələr verilmiş 11 gömrükçü qəbul edib. 
Mərasimin keçirildiyi yerə Azərbaycan Respublikasının Dövlət Bayrağı və Gömrük Bayrağı asılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsinin əməkdaşı, gömrük xidməti palkovnik-leytenantı Bayram Məmmədov mərasimə gələn Komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədova raport verib.
Komitə sədri gənc gömrükçüləri salamlayıb. 
Əməkdaşlar təntənəli surətdə and içiblər. 
Komitə sədri “Gömrük andı”nı qəbul etmiş əməkdaşları təbrik edərək seçdikləri bu şərəfli yolda uğurlar arzulayıb. Bildirilib ki, əsl gömrükçü olmaq üçün bu peşənin sirlərinə dərindən yiyələnməli, işdə məsuliyyətli olmalı, qanunvericiliyin tələblərinə sözsüz riayət etməli, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində mütəşəkkillik göstərilməlidir. Hər şey nizam-intizamdan başlayır,- deyən Komitə sədri gənc gömrükçüləri təşəbbüskar və yenilikçi olmağa çağırıb. Vurğulanıb ki, hər bir gömrükçü öz sahəsini mükəmməl öyrənməklə yanaşı, elmi biliklərini daim artırmalı, milli qürur, milli qeyrət daşıyıcısı olmalı, ulu öndər Heydər Əliyevin ideyaları, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidir. 
Sonda xatirə şəkli çəkdirilib.
 
Rahil TAHİRLİ,
Komitənin Mətbuat xidməti 


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

27.05.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.