Xəbərlər :: Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 26-cı ildönümü qeyd olunub :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

27.05.2018

USD - 1.7000

EUR - 1.9906

GBP - 2.2728

IRR - 0.0040

RUR - 0.0276

TRY - 0.3585

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 26-cı ildönümü qeyd olunub

24.02.2018

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 26 illiyi qeyd olunub. Bu münasibətlə keçirilən tədbirini giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov kollektivi təbrik edərək müstəqillik dövründə muxtar respublika gömrük orqanlarının keçdiyi inkişaf yolundan danışıb. Vurğulanıb ki, 26 il bundan öncə, yəni 24 fevral 1992-ci il tarixdə ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması ilə muxtar respublikada vahid mərkəzdən idarə olunan gömrük siyasətinin tətbiqinə başlanılıb.
Komitə sədri qeyd edib ki, Dahi Rəhbərin ideyalarının ləyaqətlə davam etdirilməsinin nəticəsidir ki, son illərdə muxtar respublikada gömrük xidmətinin müasir tələblər səviyyəsində təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Gömrük orqanlarının strukturu daha da genişləndirilib, infrastruktur yenidən qurulub, maddi-texniki baza müasir tələblər səviyyəsində formalaşdırılıb. İnformasiya-kommunikasiya texnologiyalarından geniş istifadə nəticəsində gömrük sistemi tamamilə avtomatlaşdırılıb. Göstərilən yüksək dövlət qayğısı hesabına gömrük orqanları muxtar respublikanın iqtisadi təhlükəsizliyinin etibarlı təminatçısına çevrilib.
Komitənin Ümumi şöbəsinin  rəisi, gömrük xidməti mayoru Minayə Nəsirova muxtar respublika gömrük orqanları əməkdaşları barəsində tətbiq olunan həvəsləndirmə tədbirləri haqda məlumat verib. “İlin gömrükçüsü” müəyyən olunaraq mükafatlandırılıb. 
Sonda tədbir iştirakçıları Naxçıvan televiziyasında hazırlanan “İnkişaf edən gömrük xidməti” adlı filmə baxıblar. 

 
Komitənin mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

27.05.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.