Xəbərlər :: Gömrük orqanlarına xidmətə qəbulla bağlı test imtahanı keçirilib :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

20.09.2018

USD - 1.7000

EUR - 1.9848

GBP - 2.2354

IRR - 0.0040

RUR - 0.0253

TRY - 0.2664

Gömrük orqanlarına xidmətə qəbulla bağlı test imtahanı keçirilib

31.03.2018

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük xidmətində vakant vəzifələrin tutulması üçün 25 yanvar 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilib. Mart ayının 29 və 30-da keçirilən imtahanlar  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində təşkil olunub. 
Qeyd edək ki, müsabiqəyə çıxarılan vakant vəzifələrin tutulması üçün 117 namizəd sənəd təqdim edib. İmtahanda namizədlərə qanunvericilik üzrə 80, informasiya texnologiyaları üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün namizədlərə 2 saat vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib. İmtahanda Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər. 
Test imtahanlarında keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar. 
Nəticələr komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

 
Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

20.09.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.