Xəbərlər :: “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

20.09.2018

USD - 1.7000

EUR - 1.9848

GBP - 2.2354

IRR - 0.0040

RUR - 0.0253

TRY - 0.2664

“Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik”

03.05.2018

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib. 
Sayca iyirmi beşinci məşğələni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov dahi rəhbərinAzərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Vurğulanıb ki, əsrlərdən bəri xalqımızın ürə- yində yaşayan arzular ulu öndər Heydər Əliyevlə reallaşıb. Ümummilli lider özünün də dediyi kimi, ömrünü Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etdirilməsinə sərf edib. Bu dahi şəxsiyyət Azərbaycana, sözün əsl mənasında, artan güc, tükənməz qüdrət, əbədi müstəqillik qazandırıb. Müasir Azərbaycan ulu öndərin reallaşan arzusunun ifadəsinə çevrilib. 
“Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə və bu idealın gerçəkləşdirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin ictimaisiyasi fəaliyyətinin bütün dövrlərində özünü əyani şəkildə göstərir. Azərbaycanın milli maraqlarının, milli-mənəvi dəyərlərinin, coğrafi bütünlüyünün, tarixi yaddaşının, milli məfkurəsinin qorunması naminə son dərəcə ağır və çətin dönəmlərdə həyata keçirilən işlər dahi rəhbərin dövlət müstəqilliyimizin bərpası və xilası naminə çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir. 
Məruzəçi vurğulayıb ki, ulu öndər Heydər Əliyev həyatı boyu Vətəninin, xalqının gələcəyini dü- şünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığıyla inanaraq bu dövlətin ideya əsaslarını,strateji inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirib. 
Elman Cəfərli müstəqil Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən qeyd edib ki, bu inkişaf, ilk növbədə, dahi şəxsiyyətin müəyyən etdiyi siyasi xəttin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir. 
“Heydər Əliyev: tarix və tale” mövzusunda məruzə ilə çıxış edən komitənin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli vurğulayıb ki, zaman hər gün bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu Heydər Əliyev ideyalarına sədaqətdir. Bu yolda dönməz və əbədi müstəqillik var. Bu yol xalqımızı və dövlətimizi daha xoş, firavan gələcəyə aparır.
Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tabeli gömrük orqanları işçiləri arasında keçirilmişşahmat turnirində fərqlənmiş əməkdaşlar mükafatlandırılıb. 
Tədbirə yekun vuran komitə sədri bir daha vurğulayıb ki, illər ötdükcə ulu öndər Heydər Əliyevin böyüklüyü daha dərindən dərk edilir. Ümummilli liderimizin zəngin irsinə dərin ehtiram, siyasi xəttinə dönməz sədaqət daha uğurlu nəticələrə, işıqlı gələcəyə yol açır.
Sonda tədbir iştirakçıları “Dahi şəxsiyyət ” adlı filmə baxıblar. 

 
Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

20.09.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.