Xəbərlər :: Culfa gömrük-sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

18.09.2018

USD - 1.7000

EUR - 1.9876

GBP - 2.2363

IRR - 0.0040

RUR - 0.0249

TRY - 0.2688

Culfa gömrük-sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib

11.05.2018

Bununla bağlı razılıq 2017-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun İran İslam Respublikasına rəsmi səfəri və Tehranda keçirdiyi yüksək səviyyəli görüşlər zamanı əldə olunub. 
Qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı Culfa-Culfa gömrük-sərhəd buraxılış məntəqəsi mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov İranın Şərqi Azərbaycan Vilayətinin Gömrük İdarəsinin rəisi Əliəsgər Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və qarşılıqlı əməkdaşlıq əlaqələrini müzakirə ediblər. Tərəflər ağırtonnajlı yük maşınlarının gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında vətəndaşların çətinliklərlə üzləşmədən gömrük-sərhəd  buraxılış məntəqələrindən rahat gediş-gəlişlərinin təmin olunması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Görüşdə qeyd olunub ki, 24 saatlıq iş rejiminə keçidlə bağlı növbəli iş rejimi təşkil olunub, gömrük-sərhəd buraxılış məntəqələrində fəaliyyət göstərən müvafiq strukturlar yeni iş rejiminə uyğunlaşdırılıb. 
Sutkalıq iş rejiminə keçid Culfa-Culfa gömrük-sərhəd buraxılış məntəqəsindən istifadənin daha da yaxşılaşmasına, gediş-gəlişin fasiləsiz təmin olunmasına, xarici ticarət dövriyyəsinin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradacaq.

 
Komitənin mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

18.09.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.