Xəbərlər :: Narkotik qaçaqmalçılığı üzrə daha bir fakt aşkarlanıb :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

20.09.2018

USD - 1.7000

EUR - 1.9848

GBP - 2.2354

IRR - 0.0040

RUR - 0.0253

TRY - 0.2664

Narkotik qaçaqmalçılığı üzrə daha bir fakt aşkarlanıb

01.06.2018

Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha bir cəhdin qarşısı alınıb. Faktla bağlı araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikası vətəndaşı, 1984-cü ildə Lənkəran şəhərində doğulmuş Bakı şəhər sakini Həmidoğlu Taleh Əli oğlu əldə etdiyi narkotik vasitəni Naxçıvana gətirmək və buradan da hava yolu ilə Bakıya aparmaq istəyib. 
O, bu məqsədlə adı istintaqa məlum olan şəxslərlə cinayət əlaqəsinə girərək əldə etdiyi narkotik vasitəni gömrük nəzarətindən gizlin keçirməkdən ötrü öz bədən üzvlərində - mədə və düz bağırsaqda gizlədib. Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqindən keçən zaman gömrük əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq  şəxsi yoxlamaya cəlb olunub. Onun bədən üzvlərindən 71 bükümdə ümumi çəkisi 178,9 qram olan narkotik vasitə –  heroin və 15 bükümdə ümumi çəkisi 14 qram metamfetamin aşkarlanaraq götürülüb. Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin”in I Siyahısına daxil edilib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, vətəndaşlar tərəfindən narkotik vasitəni Naxçıvan ərazisinə keçirmək və buradan hava yolu ilə Bakıya aparmaqla bağlı bundan əvvəl də müxtəlif cəhdlər olub. Cari ilin beş ayı ərzində muxtar respublika gömrük orqanları tərəfindən bu istiqamətdə 5 fakt aşkarlanıb və bu cinayət əməlləri üzrə 6 Azərbaycan Respublikası vətəndaşı həbs edilib. 
Rahil TAHİRLİ
Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

20.09.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.