Xəbərlər :: Gömrük orqanları tərəfindən saxlanılmış mallar “N” saylı hərbi hissəyə təhvil verilib :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

18.07.2018

USD - 1.7000

EUR - 1.9794

GBP - 2.2278

IRR - 0.0039

RUR - 0.0271

TRY - 0.3539

Gömrük orqanları tərəfindən saxlanılmış mallar “N” saylı hərbi hissəyə təhvil verilib

30.06.2018

Gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir. Ayrı-ayrı vətəndaşlar tərəfindən müvafiq müşayiət sənədləri olmadan gətirilən və ya daxili bazarın qorunması məqəsdilə saxlanılan, həmçinin müvəqqəti saxlanc müddəti bitən mallar vaxtaşırı olaraq bir sıra qapalı müəssisələrə, o cümlədən hərbi hissələrə  təhvil verilir.
Bu tədbirlərin davamı olaraq daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində gömrük sərhəd buraxılış məntəqələrində saxlanılmış 4 ədəd paltaryuyan, 3 ədəd qabyuyan maşın, 3 ədəd televizor, 3 ədəd tikiş maşını, 2 ədəd qaz sobası, 1 ədəd stolüstü qaz piltəsi, 1 ədəd mikrodalğalı soba və 2485 kq alçı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aktlaşdırılaraq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinə təhvil verilib. 
Mayor Natiq Mikayılov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib, ordumuzun təchizatının ən yüksək səviyyədə olduğunu, bu cür tədbirlərin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb. 

 
Rahil TAHİRLİ
Naxçıvan Muxtar respublikası Dövlət Gömrük Komitəsinin
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

18.07.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.